Yaradılış gerçəyi - 2
(Fosillər təkamülü əsassız edir)
Uçan balıq
Dövr: Mezozoy erası, Trias dövrü Yaşı: 95 milyon il Tapıldığı yer: Liviya
Uçan balıqlar quyruq üzgəcinin çox sürətli hərəkətilə sudan çıxan və müəyyən bir məsafə uçduqdan sonra yenidən yavaş-yavaş suya düşən balıqlardır. 100 milyon ildir ki, ən kiçik bir dəyişikliyə belə uğramayan bu balıqlar təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını yerlə bir edir.
|
Mərsin balığı
Dövr: Mezozoy erası, Trias dövrü Yaşı: 144 - 65 milyon il Tapıldığı yer: Çin
Müasir dövrdə yalnız iki soyunu davam etdirən mərsin balıqları həmişə mərsin balığı olaraq mövcud olmuşdur. Başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişlər. Bu həqiqəti təsdiq edən qalıq tapıntıları digər bütün canlılar kimi, mərsin balıqlarının da təkamül keçirmədiklərini söyləyir.
|
Dağdağan yarpağı
Dövr: Kaynozoy erası, Paleogen dövrü Yaş: 45 milyon il Tapıldığı yer: Green River, Wyoming, ABŞ
Dağdağan ağacı orta böyüklükdə, təxminən 10-25 metr uzunluğundadır. Tapılan bütün dağdağan fosilləri bundan on milyonlarla il əvvəl yaşamış nümunələrinin müasir nümunələri ilə tamamilə eyni olduğunu göstərir. Bu eynilik təkamül iddiasını puç bir edir.
|
Era: Paleozoy erası, Karbon dövrü
Yaş: 300 milyon il Tapıldığı yer: İngiltərə
Fosil qalıqları digər canlılar kimi, bitkilərin də heç bir təkamül keçirmədiyini sübut edir. 300 milyon il əvvəl yaşamış Pteridium otları istər görünüş, istərsə də quruluş olaraq bu günkülərlə eyni xüsusiyyətlərə malikdir. Bu oxşarlıq təkamülü rədd edir, Yaradılışın elmi və aşkar bir həqiqət olduğunu ortaya çıxarır.
|
Amerika qılıncquyruğu
Dövr: Mezozoy erası, Yura dövrü Yaşı: 150 milyon il Tapıldığı yer: Solnhofen, Almaniya
Buğumayaqlılar fəsiləsinə daxil olan Amerika qılıncquyruğu (Limulus polyphemus) Chelicerata (xeliserilər) yarımtipinə daxildir və hörümçək və əqrəb tipinə daha yaxındır. Şəkildə verilən 150 milyon il yaşındakı Amerika qılıncquyruğu fosili yaradılışın açıq bir həqiqət olduğunu, təkamülün heç bir zaman yaşanmadığını bir daha təsdiq edir.
|
Skat (Rajiformes)
Dövr: Mezozoy erası, Trias dövrü Yaşı: 100 milyon il Tapıldığı yer: Livan
Bundan 100 milyon il əvvəl yaşayan skatların (Rajiformes) sahib olduqları bütün xüsusiyyətlərə hazırda yaşayan skatlar da malikdir. Bunun mənası isə vatozların 100 milyon il keçməsinə baxmayaraq, heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.
|
Budaqları ilə birlikdə qaraağac yarpağı
Dövr: Kaynozoy erası, Poleogen dövrü Yaşı: 54 - 37 milyon il Tapıldığı yer: Cache Creek, Kanada
Əldə edilən saysız fosil nümunələri hər bitkinin özünəməxsus xüsusiyyətlərlə yaradıldığını və bu günə qədər dəyişmədiyini göstərir. Bu həqiqəti sübut edən tapıntılardan biri də şəkildə verilən 54 - 37 milyon illik budaqları ilə birlikdə qaraağac yarpağı fosilidir.
|
Era: Paleozoy erası, Karbon dövrü
Yaş: 300 milyon il Tapıldığı yer: İngiltərə
Darvinistlər canlıların daima dəyişdiklərini, yəni təkamül keçirdiklərini iddia edirlər. Fosillər isə canlıların mövcud olduqları ilk andan etibarən heç dəyişmədiklərini göstərir. Bunun mənası isə açıqdır. Canlılar təkamül keçirməmişdir, Uca Allah tərəfindən yaradılmışdırlar.
Yuxarıda milyon ildir dəyişməyən müasir Pteridium otları göstərilir.
|
Donqar ağcaqanad (Phoridae)
Dövr: Kaynozoy erası, Poleogen dövrü Yaşı: 45 milyon il Tapıldığı yer: Rusiya
Donqar ağcaqanadlar (Phoridae) milyonlarla ildir eyni quruluşdadır. 45 milyon illik ənbər də bu həqiqətin dəlillərindəndir. Əgər canlı 45 milyon ildir ən kiçik dəyişikliyə belə uğramamışdırsa, o canlının təkamül keçirdiyindən bəhs etmək yersizdir. Fosillər təkamülçülərin yalan danışdıqlarının ən mühüm göstəricisidir.
|
Bitki birəsi (Homopteran)
Dövr: Kaynozoy erası, Poleogen dövrü Yaşı: 50 milyon il Tapıldığı yer: Polşa
Qalıqların göstərdiyi kimi, hazırda yaşayan böcək növlərinin hamısı yaradıldıqları andan etibarən bu günkü qüsursuz quruluşlarına malikdir, mərhələlərlə inkişaf etməmiş və heç zaman dəyişikliyə uğramamışlar. Bu həqiqətin dəlillərindən biri də şəkildə verilən ənbər içindəki 50 milyon illik bitki birəsidir. (Homopteran)
|
Dövr: Kaynozoy erası, Poleogen dövrü
Yaşı: 50 milyon il Tapıldığı yer: Messel, Almaniya
Pelobatidae fəsiləsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də suda yaşayır. Bu heyvanlar birdən ortaya çıxmışlar, yəni yaradılmışdılar və ilk ortaya çıxdıqları andan bu günə heç bir təkamül keçirməmişlər.
Yuxarıda sağda, Pelobatidae fəsiləsinə daxil olan hal-hazırdakı qurbağalar.
|
Ən qədim çanaqlı bağa fosilləri təxminən 200 milyon il əvvələ aiddir və o dövrdən bu günə kimi bu canlılarda heç bir dəyişiklik olmamışdır. Şəkildə verilən 37 - 23 milyon illik çanaqlı bağa fosili də mükəmməl xüsusiyyətlərilə hazırda yaşayan çanaqlı bağalardan fərqli olmadığını göstərir.
Hazırki çanaqlı bağalarla və milyonlarla il əvvəlki çanaqlı bağalar arasında heç bir fərq yoxdur.
Şəkildə 37-23 milyon illik çanaqlı bağa fosili.
|
Hiç yorum yok:
Yorum Gönder