22 Nisan 2016 Cuma

Yaradılış gerçəyi - 1

Yaradılış gerçəyi - 1

fok
 
Foklar sürü halında yaşayır. Necə olur ki, sürünün içində ana fok balasını tanıyır? Digər bir çox canlı kimi, ana fok da doğuşdan sonra balasını qoxulayır, toxunur. Bu sayədə balasının qoxusunu tanıyır və onu başqa balalarla heç vaxt qarışdırmır. Allah hər canlını ehtiyacı olan xüsusiyyətləri ilə yaradandır.
darvinizm.com
balık
 
Qeybin açarları (Allah`ın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!. (Ənam surəsi, 59)
büyüme hormonu
 
Böyümə hormonu bədəndə hansı nahiyələrin böyüməli olduğunu bilir. Bədən də hormonu tanıyaraq lazımi reaksiyanı verir. Böyümə hormonu sümüyə çatdığında sümük dərhal böyüməyə başlayır. Körpənin bədəninin mütənasib şəkildə böyüməsi də Allah`ın bu hormonu vəsilə etməsi sayəsindədir.
fosilmuzeyi.com
kutup ayısı
 
Ana ayı yuvanın tavanını 75 sm və ya 2 m qalınlıqda hörür. Tədqiqatçılar yuvalardakı istiliyi ölçmüş və çox maraqlı bir vəziyyətlə qarşılaşmışlar. Çöldəki istilik -30 dərəcə olarkən, yuvadakı istilik 2 ya da 3 dərəcədən az olmamışdır. Bütün bunları qütb ayısına öyrədən hər şeyi bilən üstün güc sahibi Allah`dır.
kuş
 
Göylərdə və yerdə nə varsa, Allah`ı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!. (Hədid surəsi, 1-2)
savunma sistemi
 
İnsan bədəninə hər gün çoxlu sayda mikrob daxil olur. Bu mikroblar immun sisteminin ilk mərhələsində təsirsiz hala gətirilir. Ancaq bəzi mikrob və viruslar bədənimizə daxil olaraq həyati təhlükə meydana gətirə bilər. Hər insanın sahib olduğu immun sistemi Allah`ın rəhmətinin bir dəlilidir.
doğa
 
Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Nəhl Surəsi, 17)


tekamulsaxtakarliqlari.com
meyve
 
İnsan burnunda 1000-ə qədər dəyişik qoxu qəbuledicisi vardır. Bu sayədə 10.000-dən çox fərqli qoxunu qəbul edə bilirsiniz. Məsələn, bananı, almanı və ya portağalı iylədiyinizdə o qoxunu qəbul etmənizi təmin edən molekullar qoxu qəbuledicilərilə birləşir və meyvələrə aid kodu meydana gətirir. Yaddaşınızda çoxdan var olan bu kod iylədiyiniz meyvənin hansı olduğunu sizə təkrar xatırladır. Allah insan bədənində yaratdığı mükəmməl sistemlə bizə yaratma sənətini tanıdır.
heyatingercekmenseyi.com

Hiç yorum yok:

Yorum Gönder