Nəticə
Kitab boyu adamlıq dininin yaşadığımız cəmiyyətdə ortaya çıxan bəzi mühüm yönlərini araşdırdıq. Ancaq bu, bir həqiqətdir ki, adamlıq dini yalnız yaşadığımız dövr və cəmiyyətə aid batil bir din deyil. Əksinə, bu şeytani din hər dövr və hər coğrafiyada haqq dindən azmış cəmiyyətlərin ortaq dini vəziyyətindədir. Yalnız bu saxta dinin şəkillərində bəzi dəyişikliklər vardır. Zaman və coğrafiyaya görə cəmiyyətlərin adətləri, davranış formaları dəyişir, amma əsas məntiq eynilə qalır. Məsələn, adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri olan göstəriş müxtəlif cəmiyyətlərdə müxtəlif şəkillərdə reallaşır və ya qürur və özündən razılığın ətrafa büruzəsi fərqli tərzlərdə edilə bilir. Amma nəticədə əsas məntiq eynidir.
Bu məntiq başdan bəri vurğuladığımız kimi, adamlıq dininin Allah`ı unutmasının bir nəticəsidir. Quranda belə buyurulur:
Bu saxta dinin mənsubları bu dünyaya Allah`a qulluq etmək üçün gəldiklərini, tək qurtuluşun Onun razılığı olduğunu bilməzlər. Halbuki, bizi yaradan, bizə analarımızın bətnində şəkil və surət verən, bizi dünyaya yerləşdirən, bu dünyanı bizim üçün döşəyib-hazırlayan, bizə ruzi verən, bizi yaşadan və öldürəcək olan Allah`dır. Bizim Ondan başqa heç bir vəlimiz, rəbbimiz, sahibimiz, ilahımız yoxdur. Ondan gəldik və Ona gedirik. Bu dünyada da çox qalan deyilik.
Madam ki, varlığımızın əsl mahiyyəti budur, o halda, keçici müddət ərzində qalacağımız dünyanın kiçik mənfəət hesablarına girmək, dünyada bir-birimizə lovğalanmaq, yox olmağa məhkum olan mal və mülkə tamahla bağlanmaq, Allah`ın dinindən kənar özümüzə başqa yol göstəricilər, başqa məqsədlər, başqa iddialar seçmək ağıllı hərəkət deyil. Dünya axirətin tarlası olaraq yaradılmışdır. Axirətdə Allah`ın rəhmətini və cənnətini qazanmağımız, bu dünyada dinc yaşamağımız ancaq Allah`a tabe olmaqla, Allah`a sarılmaqla mümkündür. Necə ki, bizə əmr edilən də budur:
Bütün bu kitab boyu araşdırdıqlarımız, bizlərə adamlıq dininin çıxardığı səhv düşüncəni, adət və davranışları göstərir. Adamlıq dininin sözügedən xüsusiyyətlərini Quranda təsvir edilən haqq dinlə müqayisə edincə ikisinin arasında nə cür böyük fərq olduğu açıq şəkildə ortaya çıxır. Bu fərq imanla küfr arasındakı fərqdir. Başqa cür desək, Allah`ın dini ilə şeytanın çıxardığı batil din arasındakı fərqdir. Buna görə, adamlıq dini ilə İslam dini arasında hər hansı bir bənzərliyin olması, müsəlmanların adamlıq dininin hər hansı bir qismini mənimsəməsi söz mövzusu ola bilməz. Buna görə də mömin adamlıq dini cəmiyyətində dərhal seçilir; cəmiyyətin üzvləri, onun özlərindən olmadığını qısa müddətdə anlayırlar. Amma öz dinlərinə bu qədər zidd xüsusiyyətə necə sahib olduğunu anlamazlar. Möminin məntiqi onların məntiqinə tamamilə ziddir. Onsuz da bu səbəbdən tarix boyu adamlıq dini mənsubları möminlərin necə bir məntiqə sahib olduqlarını qavraya bilməmiş və hətta onları dəlilikdə günahlandırmışlar.
Halbuki, əsl özlərinin yaşadıqları sistemin heç bir əsaslı, məntiqli dayağı yoxdur. Sözlərinin çoxu bir-birinə zidd olur. İslama tabe olmağın lazım olduğunu söyləyirlər, sonra da buna özlərinə görə məhdudiyyətlər gətirirlər. Dinin bəzi hökmlərini öz səhv düşüncələri ilə bəyənir, amma “həddindən artığ”a qaçmağın lazım olmadığını söyləyib bəzi hökmlərin tətbiq olunmasını lazım bilmirlər. “Biz müsəlmanıq”, -deyirlər, amma İslama görə yaşamaq istəmədiklərini söyləyirlər.
Bu məntiqdən kənar, ziddiyyətli sözlərdən də aydın olduğu kimi, hər hansı bir adamlıq dini mənsubunun dini mövzular haqqında etdiyi şərhlər, qarşıya qoyduğu fikir və düşüncələr Quran ayələrinə tamamilə ziddir. Quranda bu insanlardan belə bəhs edilir:
Halbuki, Qurandakı gerçək dini anlayıb tətbiq etmək üçün tam bir şüur açıqlığına və ağıla ehtiyac vardır ki, bu xüsusiyyətlərə sahib olanlar ancaq möminlərdir. Kafirlərin və müşriklərin isə şüur və hisslərinin bağlı olduqlarını Allah bir çox ayəsində ifadə etmişdir:
Buna görədir ki, adamlıq dini ağılsız və şüursuz insanların batil dinidir. Halbuki, ağlı və vicdanı onu din əxlaqını yaşamağa yönəldir ki, insanın gerçək şanı, şərəfi və əbədi xoşbəxtliyi bu dindədir.
İki din arasındakı seçim insana aiddir. Bir ayədə mövzu belə açıqlanır:
Hiç yorum yok:
Yorum Gönder