Adamlıq dinində yanlış İslam anlayışı
Bu gün dünyanın bir çox ölkəsində din anlayışı son dərəcə səhv başa düşülməkdədir. Allah`ın Quranda bildirdiyi din əxlaqı ilə cəmiyyətin qəbul etdiyi din əxlaqı arasında böyük fərq vardır.
Bunun ən açıq nümunəsi bir insandan danışılarkən dini ilə yanaşı, dünya görüşündən, ideologiyasından, həyat fəlsəfəsindən və ya həyat tərzindən də söz edilməsidir. Bu səhv məntiqə görə, bir insan hər hansı bir dinə mənsub, məsələn, müsəlman ola bilər, ancaq bundan başqa, müsəlmanlıqdan kənar həyat fəlsəfəsinə, dünya görüşünə və s. malik olması da heç bir ziddiyyət təşkil etməz. Müsəlmanlıq onun inancları ilə əlaqədardır, amma bundan əlavə bir də həyatın “həqiqətləri” vardır.
Bu batil düşüncəyə sahib adamlıq dini mənsublarının böyük hissəsi haqq dini açıq şəkildə inkar etməzlər. Əksinə, yaxşı bir müsəlman olduqları iddiasındadırlar. Buna qarşı, yanlış olaraq İslamın bəzi hökmlərini bəyənməzlər. Bunların dəyişilməsinin gərəkdiyini düşünərlər. Əlbəttə, bu çox azğın və səhv iddiadır. Quranda bildirilən din son haqq dindir, nöqsansız və qüsursuzdur. Belə insanların qəbul etdiyi dini yönlər isə mənfəətlərinə zidd olmayan qisimlərdir. Bütün bunları edərkən yaxşı müsəlman olduqları iddiasını da davam etdirirlər. Halbuki, bu etdikləri Quranda bildirilən təriflərə görə, səmimi iman xüsusiyyətləri deyil və bir mənada inkar etməkdir. Bu vəziyyətləri Quranda “Siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?” (Bəqərə surəsi, 85) kimi nümunə ilə izah edilir.
Burada adamlıq dini mənsublarının niyə İslamı qismən qəbul etdiklərinin və niyə bunun inkarçıların bir xüsusiyyəti olduğunu yaxşı təsbit etmək lazımdır. Bir insanın İslamı qəbul edib yaşamasının əsl səbəbi yalnız Allah`ı Rəbb qəbul etməsi və Ona təslim olmasıdır. Əgər İslam bundan daha fərqli bir səbəblə yaşanırsa, bu həqiqi iman olmaz. Quranda bəhsi keçən bir insan birliyi olan münafiqlər bunun ən yaxşı nümunəsidir. Onlar da İslamı mənimsəmiş kimi görünürlər və eynilə müsəlmanların yaşadığı kimi yaşayırlar. Amma məqsədləri Allah rizasını qazanmaq deyil, öz ağıllarına görə insanlara nümayiş etdirməkdir. İslamı qəbul edib daha yaxşı mövqe əldə edəcəklərini, bəzi mənfəətlərə çatacaqlarını hesab edirlər. Quranda bu insanlar belə müəyyən olunur:
Münafiqlər İslamın Allah rizasından ayrı bir məqsədlə mənimsənməsinin heç bir dəyərinin olmadığının nümunəsidirlər. Onsuz da onlar İslamın bütün hökmlərini tətbiq etmir, fədakarlıq tələb edən ibadətlərdən qaçırlar.
Adamlıq dininin mənsubları da buna bənzər vəziyyətdədirlər. Çünki onlar da İslamı Allah`a iman etdiklərinə görə və Onun razılığını qazanmaq üçün qəbul etmiş deyildirlər. Onların İslamı qəbul etmə səbəbləri inkarçıların əsas xüsusiyyətlərindən biri olan atalara tabe olmaq məntiqidir. Onlar atalarını yol göstərici olaraq mənimsəmişlər. Gerçək dinləri də atalarından qalma batil qaydalarıdır. İslamı bu qaydaların bir parçası saydıqları üçün qəbul edirlər. Bununla yanaşı, atalarından miras qalan bir çox İslamdan kənar elementi mənimsəmələri və İslamın da yalnız mənfəətləri ilə zidd düşməyən yönlərini qəbul etmələri səmimi imana sahib olmadıqlarını göstərir. İslamı mənsubu olduqlarını söylədikləri xalqın mədəni, ənənəvi bir parçası sayırlar.
İslamı atalarından gələn qaydaların bir parçası olaraq gördükləri üçün İslamın əsası olan Allah qorxusuna sahib deyildirlər. İstifadə etdikləri dini terminlər çox vaxt Quranda bildirilənlərlə eyni olur. Allah`ın varlığından, imandan, cənnət və cəhənnəmin varlığından, oruc tutmaqdan, beş vaxt namaz qılmağın lazım olduğundan bəhs edərlər. Amma bunlara Allah qorxusunun gətirdiyi həssas vicdanla yanaşmadıqları üçün heç bir şəkildə təsirlənməzlər. Quranda möminlər təsvir edilərkən onların Allah`ın zikrinə və ayələrinə qarşı son dərəcə həssas olduqları belə bildirilir:
Buna baxmayaraq, adamlıq dini mənsubları Allah`ın zikrindən təsirlənməz, yəni Ona qarşı hörmət dolu qorxu hiss etməzlər. Allah`ı və axirəti yalnız sözlə təsdiq edirlər, lakin ürəkləri bomboşdur. Quran əxlaqını yaşamazlar. Quranda bu xüsusiyyətlər fərqli ayələrdə belə vurğulanır:
Adamlıq dininin mənsublarının Allah`ın varlığından təsirlənməməklərinin, Allah`ın əmrinə zidd yaşamağı rahatlıqla davam etdirmələrinin səbəbi təsdiq etdikləri həqiqətin mənasını qavrayacaq ağıla sahib olmamaqlarıdır. Belə insanlar Allah`ın gücünü və qüdrətini də gərəyi kimi düşünüb təqdir etməzlər. Özləri şüurlu şəkildə düşünmüş və "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191) ayəsində təsvir edilən mömin rəftarını göstərmiş deyildirlər. Quranda bu insanların belə düşünmə imkanından məhrum olduqları, çünki ağıl sahibi olmadıqları belə xəbər verilir:
Adamlıq dini mənsublarının böyük əksəriyyətinin duaları da Quranda möminlərin etdiyi dualardan fərqlidir: Allah qorxularının artmasının, ibadətlərinin və imanlarının davamlı olmasının yerinə yalnız çətin olan işlərinin açılması, daha yaxşı avtomobil ala bilmələri və ya sevdikləri qız və ya kişi ilə evlənə bilmələri üçün səmimi şəkildə Allah`a yalvararlar. Çətinlik içində olduqları, məsələn, ciddi bir xəstəliyə tutulduqları və ya böyük çətinliklə qarşılaşdıqları zaman da Allah`a dua edərlər, ancaq bu çətinlikdən xilas olduqları zaman Allah`ı unudar və yenidən Ona ortaqlar qoşarlar. Onların bu əhvalı Quranda belə xəbər verilmişdir:
Möminlər isə Allah`ın razılığını, rəhmət və cənnətini qazanmaq üçün dua edərlər. Allah`ın imani dərinlik verməsi üçün yalvarıb dua edən möminlər Allah`ın duaları qəbul etdiyini bilərək bunu Allah`a yaxınlaşmaq üçün gözəl bir yol bilərlər.
Adamlıq dininin mənsubları üçün isə ibadətin göstərişli şəkildə edilməsi əhəmiyyət daşıyır. Bu səbəblə, namazlarını yalnız olduqları zaman qılmadıqları halda, insanların arasında qılmaq lazım gəldiyində buna səy göstərirlər. Allah`dan qorxduqları və Onun rəhmətini ümid etdikləri üçün namaz qılmaları gərəkdiyi halda, insanların razılığını qazanmaq üçün namaz qılırlar. Allah Quranda göstəriş üçün ibadət edənlərə belə buyurur:
Göründüyü kimi, adamlıq dininin ən maraqlı xüsusiyyəti Quran və İslamın əslindən və ruhundan tamamilə ayrı inancda olmasına baxmayaraq, mənsublarının çoxunun özlərini inanclı zənn etmələridir. Çünki adamlıq dini -Qurandan ayrı olaraq- bir insanın dini anlayışının necə olacağını və nəyi tətbiq edəcəyini, Allah inancının və əxlaq anlayışının necə olduğunun gərəkdiyini bütün əsasları ilə müəyyən etmişdir. Bu azğın dinin inanc və ibadətləri də əsl möminlərin inanc və ibadətlərindən tamamilə fərqlidir. Hətta bir çox yöndən tam ziddir.
İnsana müsəlman olduğunu göstərib, əslində, İslamdan tamamilə uzaq bir dini mənimsədib yaşatması adamlıq dininin ən mühüm hiylələrindəndir. Adamlıq dininin qaydalarını, inanclarını və əxlaqını mənimsəyən insan gerçək dininin adamlıq dini olduğunun fərqində belə olmaz. O, yalnız şeytanın öz nəfsinə görə bəzəyib təqdim etdiyi batil dini yaşayır, ancaq bunun şüurunda deyil.
Bu batil dində lazımi qədər Allah qorxusu olmayan, lakin Allah`ın varlığını öz şərtlərinə görə qəbul edən düşüncə vardır. Allah`ın “Yaradan” sifəti qəbul edilir, amma yaratdıqlarının üstündəki sonsuz qüdrəti və gücünə diqqət yetirilmir. Qəza anında insanı qurtaran, yaxud ümidsiz xəstəliyi yaxşılaşdıran Allah`dır. Ölüm anını da Allah`ın təyin etdiyi qəbul edilir. Lakin bunun xaricində gündəlik həyatda, birjada, texnologiyada, elmi araşdırmalarda, ticarət və siyasətdə hər şeyin Allah`ın təqdiri ilə olduğu qəbul edilmir. Bu batil inancda olanlar belə yerlərdə insanın gücünün, ağıl və müdaxiləsinin etibarlı olduğuna inanırlar. Allah -Rəbbimizi hər cür nöqsandan tənzih edirik- qədim ibtidai dini inanclarda olduğu kimi, yalnız bəzi təbii hadisələri yaradan İlah olaraq qəbul edilir. Bu səhv məntiqə görə, küləyi əsdirən, fırtınanı qoparan, zəlzələni yaradan Odur, lakin təyyarəni, kosmik gəmini, nüvə stansiyasını düzəldən insanın dahiliyidir! Heç şübhəsiz, bu, son dərəcə batil və Qurana uyğun olmayan bir baxışdır. Kainatdakı hər şey, bir insanın həyatındakı hər an, NASA-nın apardığı araşdırmalardan CERN-dəki bütün təcrübələrə qədər hər şey, yeni kəşf edilən bir bilgi, yeni bir görüş, qısaca, hər an və hər bir şey Allah`ın diləməsi ilə, üstün ağıl və təqdiri ilə meydana gəlir.
Bu batil inanc sisteminə görə isə Allah`ın insanı gördüyü yerlər də müəyyəndir. Namaz, oruc kimi ibadətlərdə və ya dua edildiyində Allah`ın hüzurunda olduqlarını düşünürlər, amma bunun xaricində uca Rəbbimizin eşitmədiyi, görmədiyi anların olduğu düşüncəsi kimi son dərəcə azğın və həqiqətdən kənar bir inanc hakimdir. Buna görə də saxtakarlıqların, dedi-qoduların və gizli işlərin Allah`dan gizli qalacağını düşünürlər. Quranda bu batil düşüncənin əsassızlığı belə xəbər verilir:
Bir başqa ayədə adamlıq dininin mənsublarının bu yanılması belə izah edilir:
Adamlıq dininin mənsubları Allah`dan lazımı kimi qorxmadıqları üçün din əxlaqının əsası olan anlayışları da öz mənfəətlərinə uyğun şəkildə təhrif etməyə cəhd edirlər. Məsələn, müsəlmanlığın mənasını dəyişdirməyə çalışırlar. Quranda tərifi edilən müsəlman anlayışının yerinə səhv bir müsəlman anlayışı çıxarırlar. Halbuki, bu, mənasız səydir, bu insanların ortaya çıxardığı və ya inandığı iddialar hər nə olursa olsun, həm dünyada, həm də axirətdə etibarsızdır. Məsələn, “mən də imkan tapanda arada namazlarımı qılıram, heç kimə bir pisliyim toxunmayıb, qatil deyiləm, oğru deyiləm, oxuyuram, yaxşı bir işim var, müvəffəqiyyətliyəm, niyə və nəyə görə cəhənnəmə gedim!" ” kimi İslam dinində yeri olmayan ifadələr tez-tez bu dinin mənsubları tərəfindən istifadə edilir. Müsəlmanlığın başqa insanlara pislik etməməkdən ibarət olduğunu düşünən və haqq dinin təməlinin Allah`a qeyd-şərtsiz itaət olduğunu anlamayan bu insanlar özlərini aldadırlar. Allah`ın dinini dilənçilərə az miqdarda pul vermək və ya qonşusu ilə yaxşı davranmaqdan ibarət olduğunu düşünən və Quranın yüzlərlə hökmünə əhəmiyyət verməyən bu insanlar bəzən etdikləri bu səmimiyyətsizliyə məntiqi izahlar da gətirməyə çalışırlar. Quranın bəzi hökmləri mövzusunda yaşadıqları əsrdə həyat tempinin yüksək olduğunu və bu səbəblə namaza vaxt tapa bilmədiyini, yaxud bu dövrün insanlarının fərqli olduğunu və özünü qorumaq üçün məcbur halda dürüstlükdən, təvazö və mərhəmətdən güzəştə getməsinin lazım olduğu kimi səhv məntiqlərlə ibadətlərdən qaçırlar. Quran ayələrinə öz düşüncələrinə görə bəzi şərhlər verməyə çalışan bu insanlar aşağıdakı ayənin hökmündədirlər:
Adamlıq dini mənsubları gerçək axirət inancına da sahib deyildirlər. Axirəti dinin bir çox hökmündə olduğu kimi, dilucu qəbul edirlər. Əslində, ona iman etməzlər. Ancaq Quranda bu səhv məntiqdə olanların mövqeləri və ibrətverici sonları bu şəkildə təsvir edilir:
Adamlıq dinində bir qrup da vardır ki, bəzi eşidilən məlumatlarla günahlarının cəzasını bir müddət cəhənnəmdə çəkdikdən sonra cənnətə girəcəkləri düşüncəsi ilə bu dünyada hər cür haram və günahı işləməyi özlərinə qanuni görürlər. Cəhənnəmdə bir müddət sıxıntı çəkdikdən sonra cənnətə girməyi yanlış şəkildə zəmanət zənn edirlər. Halbuki, bu, batil bir inancdır və insanın özünü aldatmasının başqa bir nümunəsidir. Quranda bu mövzudan belə danışılır:
Yenə bir başqa ayədə də eyni batil inancdan danışılır:
Halbuki, vəziyyət bildikləri kimi deyil. Bir sonrakı ayədə axirətdəki vəziyyət belə xəbər verilir:
Belə olmaqla yanaşı, Allah`dan bir rəhmət olaraq Peyğəmbərimizin (s.ə.v) belə bir hədisi də vardır:
Hz. Peyğəmbər (s.ə.v) belə buyurur: “Ürəyində zərrə qədər iman olan kimsə atəşdən çıxacaq”. Əbu Səid deyir ki: “Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə, bu ayəni oxusun:“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz” (Nisa surəsi, 40) (Tirmizi, Sifatu-cəhənnəm 10, 2601)
Adamlıq dini mənsublarının və ümumiyyətlə, bütün inkarçıların cəhənnəm əzabı mövzusunda öz yanlış düşüncələri ilə belə çirkin cəsarət göstərmələri, əslində, Allah`a və axirətə olan imanlarının zəif olmasından və ya heç olmamağından qaynaqlanır. Buna qarşı, möminlər bu mövzuda son dərəcə həssas və həmişə ümid və qorxu içində olurlar. Allah`ın əzabından qorxub çəkinir, Allah`ın razı olmamağı ehtimalından şiddətlə qorxurlar. Uca Rəbbimiz Allah`a davamlı günahlarının bağışlanması, qəlblərinin dönməməyi üçün dua edirlər. Quranda keçən “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən!” (Ali-İmran surəsi, 8) kimi dualar bunun nümunəsidir. Peyğəmbər hz. Yusif də: “Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf surəsi, 101) - deyə dua edir.
Qısası, möminlər qəti olaraq özlərini mükəmməl, səhvsiz, nöqsansız insanlar olaraq görməz, əksinə, əllərindən gəldiyi qədər nöqsanlarını aradan qaldırmağa, səhvlərini düzəltməyə, yetkinləşməyə çalışarlar. Bu səbəblə də Quranın bir çox ayəsində bildirildiyi kimi, özlərinə edilən xəbərdarlıqlara son dərəcə ciddi yanaşarlar. Adamlıq dini mənsubları özlərini bəyəndikləri, qüsursuz gördükləri üçün heç bir şəkildə özlərinə verilən öyüdləri dinləməzlər. Allah`ın kitabına dəvət edildiklərində üz çevirər və özlərinin onsuz da nümunəvi müsəlman olduqlarını iddia edərək mövzunun üzərindən keçməyə çalışarlar. Belə insanların vəziyyəti bir ayədə belə xəbər verilir:
Hətta “mən çox dindar bir ailənin uşağıyam”, “mənim babam din mövzusunda təqdir edilən, fikri qəbul edilən bir alim idi, hacı idi, müəllim idi” və s. deməklə özünü təmizə çıxaranlar da olur. Və ya keçmişdə etdikləri bir yaxşılığı, məsələn, bir kasıba verdikləri bir miqdar puldan bəhs edib necə də yaxşı insan olduqlarını eyham edirlər. Quranda bu insanlardan belə bəhs edilir:
Bundan əlavə, adamlıq dini mənsubları öz səhv məntiqləri ilə bəzi ibadətlər çıxarırlar və bunları etməklə cənnətə gedəcəklərini düşünürlər. Bu dinin mənsublarının ağzından “işləmək də ibadətdir” sözünü tez-tez eşitmək mümkündür. İşləmək bir gözəllikdir və hər mömin təmiz və yaxşı əxlaq göstərərək işləyər. Ancaq işi bəhanə edib Allah`ın hökmlərini tətbiq etməmək, əlbəttə, səmimi davranış deyil. Adamlıq dini mənsubları bu məntiqlə hərəkət edib öz peşələrinin də bir ibadət olduğunu söyləyirlər. Bu səhv məntiqə görə, peşələri ilə xidmət etdiklərinə görə, ayrıca Quranın hökmlərini yerinə yetirmələrinə ehtiyac yoxdur. Bunu söyləyən bəzən məmur, bəzən bərbər, bəzən həkim, bəzən tacir, bəzən də dərzi olur. Hamısı da insanlara peşələri ilə kömək etdiklərini, bunun da ən böyük ibadət olduğunu düşünürlər. İnsanlara kömək etmək yaxşı xüsusiyyətdir, amma təkbaşına kafi deyil. Üstəlik, bu, böyük yanılmadır.
Bu insanlar özlərinə ən yaxşı pulu, ən yaxşı mövqeni, ən yaxşı şöhrəti gətirən və ya asan olan iş və həyat tərzini seçir və sonra da etdikləri bu işlə ibadət etdiklərini iddia edirlər. İbadət Allah`a qulluq etmək deməkdir. İnsanlara edilən kömək, həqiqətən, Allah`ın razılığını qazanmaq üçün edilərsə, ibadət olar. Ancaq bir insan Quran əxlaqını yaşamayıb, sonra da: “Mən bu insana kömək edirəm, bunu müalicə edirəm, bu ibadətdir”, -deyə bilməz. Əgər ibadət etmək, yəni Allah`a qulluq etmək istəyirsə, Allah`ın fərz etdiyi hökmləri əskiksiz olaraq yerinə yetirmək üçün işləməli, bununla yanaşı, Allah`ın əmr etdiyi əxlaqı tam şəkildə yaşamalıdır.
“Tövbə” surəsindəki bəzi ayələr bu mövzunu ən yaxşı şəkildə açıqlayır. Ayələrdə Peyğəmbərimizin (s.ə.v) dövründə Məkkədəki müşriklərin Kəbəni təmir etmək və həcc üçün Kəbəyə gələnlərə su vermək adətindən bəhs edilir və müşriklərin bu işlərinin müsbət olsa da, ibadət sayılmadığı bildirilir. Çünki ibadət əvvəl də ifadə etdiyimiz kimi, Allah`a qulluq etmək deməkdir. Halbuki, müşriklər Allah rizası üçün deyil, göstəriş üçün və bir də adət-ənənələri olduğu üçün bunu edirdilər:
Adamlıq dininin çıxardığı yanlış İslam anlayışının növlərini saymaqla bitməz. Bu dinin bəzi mənsubları tutduqları yolun doğru olduğundan əmindir və “Allah məni sevir; sevməsəydi, bu evi, ailəni, malı, mülkü, verməzdi. İndiyə qədər Allah`dan istədiyimin hamısı olub” şəklində ifadələrlə özlərinə olan etibarlarını ifadə edirlər. Belə düşüncələrlə özlərini təmizə çıxarmağa çalışarkən aşağıdakı ayənin hökmünə girdiklərinin fərqində deyildirlər:
Bir başqa ayədə hadisənin əsl mahiyyəti belə açıqlanır:
Heç kimin özündə imtiyaz görməyə haqqı yoxdur. Bir insan ancaq Allah`a itaət edib, Onun hökmlərinə əlindən gəldiyi qədər riayət edib, günahlarından ötrü Allah`dan bağışlanma diləyərsə, Allah`dan qurtuluş və xoşbəxtlik ümid edə bilər. Allah`a üsyan edən, Onun hökmlərinə bilə-bilə üz çevirən, Ondan başqa ilahlar qəbul edən insanların özlərini dindar kimi göstərməyə çalışması isə səmimiyyətsizlikdir. Necə ki, Allah Quranda bənzər iddianı qarşıya qoyan bəzi yəhudilərlə əlaqədar belə buyurur:
Adamlıq dini mənsublarının müsəlmanlıq anlayışında yalnız bəzi ibadətlər olur, yaxud da çox vaxt heç olmur, amma dillərində olur. Müsəlmanlara dəstək olmağın, Allah üçün yaşamağın, beş vaxt namaz qılmağın, Quran oxumağın lazım olduğundan tez-tez bəhs edər, amma bu ibadətləri yerinə yetirməzlər. Onsuz da adamlıq dinində Quran əxlaqının hara kimi yaşandığı və hədləri Qurandan fərqli şəkildə müəyyən edilmişdir. “Dini də yaşamaq olar, amma müəyyən qədər, hər şeyin həddi vardır. Dərinliyinə getmək lazım deyil, hər şey qədərində yaxşıdır” kimi yanlış məntiqlər bu insanlardan tez-tez eşidilir.
Bu yanlış məntiqə sahib olan insanlar dinin dərinliyi deyərkən din üçün edilən hər hansı bir fədakarlığı nəzərdə tuturlar. Bu insanlar müsəlmanlardan olduqlarının bilinməməyi, onlarla adlarının eyni çəkilməməyi, Allah üçün cəhd göstərməməyi, malından və canından Allah yolunda istifadə etməməyi və ya bunu öz mənfəətlərinə zidd düşməyəcək qədər etməyi üçün çox səy göstərirlər. Quranda dinin yalnız mənfəətlərinə zidd olmayan yönlərini tətbiq edənlər belə təsvir edilir:
Quranda təsvir edilən müsəlman isə Allah`ın razılığını və sevgisini bütün şəxsi mənfəətlərindən üstün tutan, yalnız axirətdən gözləyən, ciddi səy göstərən və Allah`a qarşı dürüst olan müsəlmandır. Buna qarşı, adamlıq dinində mənfəətlər hər cür inanc, dostluq və sevgidən üstün olur. Buna görə də adamlıq dininin mənsubları möminləri açıq şəkildə dəstəkləməkdən qorxurlar. Etibar itkisi qorxusu ilə inanclarını dürüst yaşamazlar. Doğru bildiklərini həmişə müdafiə etməzlər. Onlar üçün yaşadıqları cəmiyyətin düşüncələri, işləri, yoldaşları və ya malları Allah`dan və Onun razılığından daha önəmlidir. Quranda həmin insanlar haqqında belə deyilir:
Ayədə adamlıq dininin ucaltdığı bəzi əsas dəyər mühakimələri sayılır və bu dəyər mühakimələrini islami dəyərlərdən üstün tutmağın fasiq (yoldan çıxmış, Allah`a üsyan etmiş) bir camaatın xüsusiyyəti olduğu izah edilir. Bu fasiqlər birliyinin sahib olduğu səhv sevgi anlayışı bu dəyər mühakimələri arasında yer alır. Adamlıq dinində cəmiyyət və insan sevgisi çox vaxt Allah sevgisindən öndə gəlir. İnsanların razılığı Allah`ın razılığından üstün tutulur. Bu vəziyyət Quranda şirk, yəni Allah`dan başqasını ilah qəbul etmək kimi açıqlanır:
Ancaq bu insanlar şirkin yalnız taxta və ya gipsdən düzəldilmiş bütlərə tapınmaqdan ibarət olduğunu düşündükləri üçün özlərini bundan tamamilə uzaq görürlər. İçində olduqları sistemin şirk sistemi olduğu özlərinə deyildiyində isə qəzəblənirlər. Ancaq şirk (ortaq) qoşanlar hər nə qədər özlərini təmizə çıxartmağa çalışsalar da, Allah`ın hökmü qətidir, Quranda “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa, olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allah`a şərik qoşan şəxs, şübhəsiz ki, çox azmışdır”. (Nisa surəsi, 116) ayəsi ilə müşriklərin mövqeləri bildirilmişdir.
Adamlıq dininin batil kitabı isə atalardan gələn mədəniyyətin və cəmiyyətin o günkü şərtlərinin meydana gətirdiyi qaydaların hamısıdır. Buna görə də Quranı yol göstərici olaraq qəbul etməzlər və çox vaxt Quran oxumazlar. Quran oxumaq üçün yalnız cənazə kimi müəyyən hadisələr olmalıdır. Halbuki, bu, hiyləgər bir şeytani üsulla Quranın insan həyatından uzaqlaşdırılması deməkdir. Allah Quranda bu insanların vəziyyəti ilə əlaqədar belə bildirir:
Bundan başqa, cəmiyyətin batil prinsiplərini, qəribə qaydalarını, yanlış tərbiyə formalarını, şifahi sözləri qəbul edir və uca Allah`ın bildirdiyi dinə görə deyil, başqa batil ölçülərə görə yaşayırlar. Halbuki, Allah Qurandan kənar sistemi özlərinə rəhbər edənlərə və buna baxmayaraq, özlərini hələ müsəlman hesab edənlərə belə xitab edir:
Adamlıq dininin mənsubları Allah`ın seçdiyi dinin yerinə öz istək və arzularının, atalarından gələn mədəniyyəti və ya yaşadıqları cəmiyyətin batil qaydalarını yol göstərici olaraq qəbul etmiş və azmışlar. Bu şəkildə özlərinə Allah`ın rəhməti olaraq göndərilən ən mükəmməl və yeganə qurtuluş ümidi olan haqq dini az və çox qısa müddətə dünya mənfəəti qarşılığında satırlar. Bunun necə pis alış-veriş olduğu Quranda belə ifadə edilir:
Batil dindən qopub ayrılmaq
Allah`ın dinini (İslamı) seçən bir insanın əsas xüsusiyyəti yalnız Allah`ı Rəbb qəbul etməsidir. Allah`ı Rəbb etdiyinə görə, Ondan başqa heç bir varlığı yol göstərici olaraq qəbul etməz. Bütün həyatını Allah`ın göstərdiyi şəkildə, yəni Onun “...müttəqilərə doğru yol göstərən... (Bəqərə surəsi, 2) kitabına, Qurana görə təşkil edər. Bu vəziyyətdə, başqa bir əxlaq sistemini mənimsəməsindən söhbət gedə bilməz. Dolayısilə, iman edən bir insan Quran əxlaqının tam əksi olan əxlaqi sistemə bağlı olmaz. Həm müsəlman olub, həm də atalarından gələn dinsiz ənənələrini təqib etməz. Özbaşına bir həyat fəlsəfəsi də çıxarmaz. O, yalnız müsəlmandır, başqa adı yoxdur. Ona bu adı Allah vermişdir. Quranda bu mövzu belə bildirilir:
Quranın fərqli surələrində yaşadıqları cəmiyyətin batil dinindən tamamilə qopub ayrılan və tamamilə Allah`ın dininə yönələn möminlərdən bəhs edilir. Yaşadıqları cəmiyyətin batil dinini qəbul etmədikləri üçün ölüm təhlükəsi ilə qarşılaşan və buna görə mağaraya sığınan əshabi-kəhf (mağara əhli) bunlardan biridir. Quranda kəhf əhlinin vəziyyəti belə bildirilir:
Ayələrdən aydın olduğu kimi, Allah`ın dininə təslim olan bir mömin batil dinə mənsub olan insanlardan fikri olaraq tam mənası ilə uzaqlaşmalı, ayrılmalıdır. Bu, mütləq fiziki ayrılıq mənasını verməz. Əshabi-kəhf qarşı tərəfdən gələn hücum səbəbi ilə fiziki olaraq ayrılıb mağaraya girmişdir. Möminlər xüsusilə zehni yöndən batil dinə mənsub kəslərdən qopmalıdır. Hz. Yusif buna nümunədir. Misirdə özünə atılan bir böhtan üzündən zindana düşdüyü dövrdə zehni olaraq inkarçılardan tamamilə qopub ayrılmışdı. Zindanda özünə sual verənlərə belə demişdi:
Bir başqa ayədə isə hz. İbrahim və onunla birlikdə iman edən möminlərin batil dinə mənsub olan cəmiyyətdən qopub ayrıldıqları nümunə göstərilir:
"Kafirun" surəsi isə möminlərlə batil din mənsubları arasındakı ayrılığın bir başqa ifadəsidir:
Mömin batil din mənsubları ilə özü arasındakı ayrılığı qəti olaraq son dərəcə xüsusi şəkildə etməlidir. İnkar edənlərin dininin heç bir istiqaməti, məsələn, dəyər mühakimələri, əxlaq qaydaları, davranış formaları, dialoq şəkilləri və s. möminlər tərəfindən mənimsənib tətbiq olunmamalıdır. Mömin batil dindəki rəftarları deyil, Quranda təsvir edilənləri etməklə məsuliyyət daşıyır. Çünki Quranda möminlərin zadəganlığına, nəcibliyinə əxlaqına və inancına ən yaraşan yeriş şəkli və hətta səs tonu da təsvir edilir. Allah ayələrdə belə buyurur:
Ancaq burada bir xüsusa diqqət yetirmək lazımdır: batil dinlər fərqlidirlər və çoxu marksizmdə olduğu kimi, Allah`ı inkar etdiyini açıq şəkildə söyləyir. Buna qarşı, Qurandan öyrəndiyimiz kimi, batil dinlərin mənsublarının mühüm bir hissəsi Allah`a inandıqlarını, Ona itaət etdiklərini söyləyirlər. Ancaq bu səmimi olmayan bir iddiadır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yaşadıqları həyat və mənimsədikləri əxlaq anlayışı bu iddialarına ziddir. Bir ayədə batil din mənsublarının sözügedən iddialarına belə nümunə verilir:
Başqa ayələrdə isə batil din mənsublarından soruşduqda Allah`ın varlığını və qüdrətini qəbul etdikləri, ancaq dilləri ilə qəbul etdikləri bu həqiqətin mənasını qavraya bilmədikləri və Ondan qorxmadıqları xəbər verilir:
Bu səbəblə, batil dinləri təşxis edərkən diqqətli olmaq lazımdır. Batil dinlərin mənsubları Quranın yalnız mənfəətlərinə zidd olmayan qismini qəbul edirlər. Amma dediyimiz kimi, qəbul etdikləri Quranın yalnız bir qismidir və Allah`ın hökmünə görə, Quranın bir qisminə iman edib, bir qismini qəbul etməmək inkardır:
Allah bir ayədə möminlərə belə buyurur:
Allah bizlərə din olaraq İslamı seçmişdir. Yeganə doğru yol odur və ondan başqa hər yol (hər din) batildir. Biz düşüncələrimizi, davranışlarımızı, danışmağımızı, yaşamağımızı Allah`ın dinindən öyrənməklə məsuliyyət daşıyırıq.
Buna görə, müsəlmana düşən yaşadığı cəmiyyətin vəziyyətini Quranın meyarları ilə təhlil etmək və ona görə davranmaqdır. Əgər yaşadığımız cəmiyyətin üzvləri özlərinə Rəbb olaraq Allah`ı deyil, bir-birlərini və ya atalarını qəbul etmişlərsə, özlərinə yol göstərici olaraq Allah`ın kitabını deyil, başqa qaynaqları müəyyən etmişlərsə, Allah`ı unudub Onun hökmlərindən üz çevirmiş olurlar.
Hiç yorum yok:
Yorum Gönder