22 Nisan 2016 Cuma

Giriş

Giriş

İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü büruzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu fərqində olmadan həyatları boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, xristianlıq və ya yəhudilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, - və ya: “Mən xristianam”, -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.
Bu batil din başlanğıcda insanlara bir din kimi tanıdılmır. İnsanlar bu dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlər nəticəsində mənimsəyirlər. Buna görə də hərəkət, düşüncə, hətta mimikalarının belə bu dindən qaynaqlandığını düşünməzlər.
Bu batil din ona bağlananlara ilk olaraq “adam” olmağı öyrədir. Adam olmaq bu dinin dəyər və mühakimələrini mənimsəmək, qayda və davranış tərzlərinə əməl etmək və həmin dinin xüsusiyyətlərinə yiyələnmək deməkdir. Cəmiyyət tərəfindən qəbul edilmək, mühakimə olunmamaq, müəyyən bir mövqe qazanmaq üçün adam olmaq vacibdir. Biz bu dinə qısa olaraq “Adamlıq dini” adını veririk. Adamlıq dini insanları səmimiyyətsizliyə, süni və məcburi davranışlara sürükləyir. Bu batil dinə tabe olan insanların çoxu olduqları kimi rahat və təbii davrana bilmirlər. Yaşadıqları mühitə uyğun olduğunu düşündükləri davranış və hərəkətlərdən, mimikalardan istifadə edir, hər rola girə bilirlər. Və buna rəğmən özlərinin son dərəcə təbii və normal həyat yaşadıqlarını zənn edirlər.
Bu batil sistem, nəticədə, özünə belə səmimi ola bilməyən, saxta şəxsiyyətə malik olan insan modellərini ortaya çıxarır. Hər cəhətdən çətin olan şeytani bir dinin cəmiyyətin bütün təbəqələrini təsiri altına salmasının ən mühüm səbəbi yuxarıda qeyd etdiyimiz kimi, adının olmamağıdır. Bu şeytani dinin mənsubları dinlərini mühakimə etməyi, tərk etməyi, ya da dəyişdirməyi ağıllarının ucundan belə keçirmirlər. Çünki yaşadıqları sistemin bir din olduğundan xəbərsizdirlər. Tabe olduqları sistemi həyatın həqiqətləri, dəyişilməyən qaydaları olaraq görməyi də bir fəzilət kimi zənn edirlər.
İnsan yaşadığı bu halı tərk etmədikcə, adamlıq dinindən qopub ayrılmadıqca İslamı əsl mənası ilə qavrayıb yaşaya bilməz. Çünki İslamın əsas şərtlərindən biri səmimiyyət və təbiilikdir. İnsanın İslamı yaşaması və bilavasitə əsl xoşbəxtliyi tapması ancaq Allah`a, özünə və digər insanlara qarşı son dərəcə səmimi olması ilə mümkün ola bilər. İman ancaq səmimiyyətin üzərinə qurulur. Adamlıq dininin təsirindən xilas olmaq üçün isə, əvvəlcə, bu şeytani dini təsvir etmək lazımdır. Bu kitabın məqsədi də budur. Növbəti səhifələrdə adamlıq dininin xüsusiyyətlərini təfərrüatı ilə araşdıracağıq.
Oxucudan istənilən bu batil dinin xüsusiyyətlərini araşdırarkən özünü nəzərdən keçirməsidir. Çünki hər nə qədər qəbul etmək istəməsə də, adamlıq dininin hər kəsin üzərində müəyyən bir təsiri olur. İnsan həyatının hər anına müdaxilə edən bu dindən xilas olmaq üçün, əvvəlcə, diqqət və səmimiyyət lazımdır.

Haqq dinə qarşı olan adamlıq dini

Haqq dinə qarşı olan adamlıq dini

Peyğəmbərimiz (s.ə.v) "Din nədir?" sualına cavab olaraq: "Getdiyiniz yoldur", -cavabını vermişdir. Bu cavab mövzunu ən hikmətli şəkildə nəticələndirir. Din insan və cəmiyyətin bütün dəyərlərini, əxlaqını, həyat tərzini ehtiva edir. Məsələn, "Yusif" surəsinin 76-cı ayəsindəki "din" sözü bu mənadadır:
(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allah`ın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusif surəsi, 76)
Quranda inkar edənlərin də bir dinə mənsub olduqları müxtəlif ayələrdə xəbər verilir. Məsələn, firon hz. Musa haqqında qövmünə belə demişdir:
Firon dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram". (Mömin surəsi, 26)
Başqa ayələrdə də kafirlərin rəsulların gətirdiyi haqq dinə qarşı batil dinlərinə bağlılıqları belə izah edilir:
Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: "Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. (Sad surəsi, 4-7)
Yazılanlardan aydın olduğu kimi, hər insanın bir dini vardır. Allah`ın dininə tabe olmayanlar, hətta özünü ateist olaraq adlandıranlar belə, əslində, dinsiz deyildirlər, batil bir dinin mənsubudurlar. Bu dinlərin bir qismi müasir dövrdə din olaraq tanınmaya bilər. Ancaq Quranda ifadə edildiyi kimi, hamısı bir dindir. Məsələn, marksizm də batil dindir, çünki bu ideologiya bir qisim insanların getdikləri yoldur. Marksistlər Marksın ortaya qoyduğu düşüncə sistemini mənimsəmiş, onun düşüncəsini qəbul etmişlər. Dünyanı onun qoyduğu meyarlara görə qiymətləndirirlər. Necə mövcud olduqlarını və ölümün nə olduğunu da Marksın (və Engelsin) elmdən kənar məntiqlərinə əsaslanaraq açıqlayırlar. Qısacası marksizmə inanır, həyatlarını ona görə yaşayır və hadisələri ona görə qiymətləndirirlər.
Marksizm yalnız bir nümunədir. Ona bənzər yüzlərlə fərqli din (yəni fəlsəfə, düşüncə sistemi və s.) ola bilər. Marksizmə tamamilə zidd olan ideologiyalar da dindir. Təbii ki, bütün bu dinlər batil dinlərdir və əsasən də insanları Allah`ın yolundan azdırmaq məqsədilə ortaya çıxmışdır.
Burada ən mühüm nöqtə budur: dünyada ideologiyası, fəlsəfəsi nə olursa olsun, haqq dindən uzaqlaşmış insanların tabe olduqları yeganə batil bir din vardır. Bu din də girişdə qeyd etdiyimiz və ana xətlərini vurğuladığımız "adamlıq dini"dir. Və şeytanın insanları haqq dindən azdırmaq və uzaqlaşdırmaq üçün istifadə etdiyi ən hiyləgər və ən təsirli silahlarından biridir.

Adam olmaq!

Adam olmaq!

"Hər şeydən əvvəl adam ol!"
"Adam olsaydın, bunlar başımıza gəlməzdi!"
Bu sözləri həyatımız boyu dəfələrlə eşitmişik. Xüsusilə də gənclik illərində böyüklərimizin istəmədikləri, bəyənmədikləri bir şeyi söylədiyimizdə və ya etdiyimizdə...
Bu sözü istifadə edən insan üçün adam olmaq hər şeydən önəmlidir. Adam olmaq cəmiyyət tərəfindən qəbul olunmuş bir anlayışa, mədəniyyətə və davranışa sahib olmaq, müəyyən sifətləri üzərində daşımaqdır. Bu dəyərlər sistemi forma və qaydaları ilə cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilir və tətbiq olunur. Bu qaydaların haradan meydana gəldiyi, nə dərəcədə doğru olduğu isə müzakirə edilmir və yanlışları mühakimə olunmur. Çünki cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən bu sistemi sorğu-sual etmək və ona zidd olmaq geniş bir kütlənin hədəfi olmaq təhlükəsi deməkdir.
Doğru olduğuna qəti şəkildə inanılan bu sistem yalnız müəyyən cəmiyyətlərə xas bir xüsusiyyət olaraq qiymətləndirilməməlidir. Bu sistem istər şərqdə, istərsə də qərbdə hər növ mədəniyyətin olduğu mühitdə özünəməxsus bir inanc sistemi olaraq varlığını davam etdirir. Qadağa və tövsiyələri ilə sanki öz başına, müstəqil bir din -adam olmağın dini- halında tətbiq olunur: adamlıq dini.
Adam olmaq müsəlman olmaqdan, Allah`a inanmaqdan, gözəl əxlaqlı olmaqdan, hətta insan olmaqdan ayrı bir anlayışdır. Allah`ın Quranda bildirdiyi davranış və əxlaqın bu dində qətiyyən yeri yoxdur. Onsuz da adamlıq dini Quran əxlaqının əsl mənada yaşanmadığı mühitlərdə meydana gəlir və inkişaf edir. Cəmiyyətdə, xüsusilə diqqət mərkəzində olan kəslər adamlıq dinini çox yaxşı öyrənən və yaşayan kəslərdir.
Burada Quranda tövsiyə edilən əsas əxlaq prinsiplərini və adamlıq dininin bunlara tamamilə zidd olan səhv məntiqini vurğulamaqda fayda vardır. Quranda bütün insanların Allah`a qarşı məsul olduğu bildirilir. Buna görə, insan yalnız Allah`ı razı etməklə məsuldur və başqa insanların təqdiri, ya da razılığı üçün çalışmamalıdır. Quran əxlaqını yaşayan mömin “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar.”(Zumər surəsi, 36) və yol göstərici və yardımçı olaraq “Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!” (Furqan surəsi, 31) ayələrinə görə düşünür və yaşayır. Bütün həyatı Rəbbimizi razı etmək  məqsədinə yönəlmişdir. Dinin əsası da budur. Quranda hz. İbrahimdən bu günə qədər gələn  haqq dinin xüsusiyyətinin bütün həyatın Allah`a həsr edilməsi olduğu xəbər verilir. Bir ayədə belə buyurulur:
De: "Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!" De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 161-162)
İnsanın həyatdakı əsas məqsədinin Allah`ın razılığı olması, digər insanlarla olan əlaqələrini də, şübhəsiz, kökündən dəyişdirir. Bir az əvvəl ifadə etdiyimiz kimi, insanın digər insanlara qarşı müstəqil bir məsuliyyəti yoxdur. Amma Allah digər insanlara qarşı necə münasibət göstərməyin lazım olduğunu Quranda bildirmişdir. Allah`a qarşı duyulan məsuliyyət digər insanlara qarşı da ən şəfqətli, ən mərhəmətli, ən ədalətli, ən dürüst davranışı təmin edir. Ayələrdə möminlərin bu dünyagörüşü belə təsvir edilir:
Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşətli gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!" (İnsan surəsi, 7-10)
Ayələrdən də aydın olduğu kimi, möminlərin digər insanlardan qarşılıq gözləmək kimi bir davranışları yoxdur. Bu, möminə çox güclü və möhkəm bir xarakter qazandırır. Mömin hər mühitdə doğru olanı, yəni Allah`ın əmrlərini yerinə yetirir. Nə kimsədən təqdir gözləyir, nə də kimsədən çəkinir. Yalnız Allah`ın razılığını istəyir. Necə ki, Allah Quranda möminləri “qınayıcının qınamasından qorxmayanlar.” (Maidə surəsi, 54) olaraq adlandırır. Bu səbəblə, möminin hadisələr və insanlar qarşısında xüsusiyyət və davranışı heç bir şəkildə dəyişmir. Nə özünə verilən vəzifəyə görə öyünür, nə də çətinliyə görə ümidsizliyə qapılır. Quranda möminlərin bu sabit xarakterinə tez-tez diqqət çəkilir, mal-mülkə sahib olduqları zamankı davranışları ilə çətinlik və yoxsulluq içindəki davranışlarının eyni olduğu ayələrdə bildirilir. Çünki mömin özünə verilən hər cür nemət (mülk, iqtidar, vəzifə və s.) və ya çətinliyin (insanlar tərəfindən qınanmaq, zülmə uğramaq, yoxsul qalmaq, həbs edilmək və s.) Allah`dan gəldiyinin və bütün bunların sınanmaq üçün yaradılmış imtahan olduğunun şüurundadır.
Buna qarşılıq adamlıq dini Allah`ı lazımi kimi təqdir etməyən, Allah`ın razılığı yerinə insanların razılığını qazanmağa çalışan, axirət həyatı yerinə dünyadan mədət uman insanların dinidir. Bu şeytani dində insanlar bir-birlərinə qarşı məsul olduqlarını düşünürlər. Digər insanları razı salmaq, digər insanların razılığını qazanmaq, cəmiyyətdə müəyyən mövqe qazanmaq həyatlarının ən vacib məqsədidir.
Buna görə də möminlərin əksinə, adamlıq dininin mənsubları hadisələr və insanlara görə dəyişən xüsusiyyətə malik olurlar. Başqa ifadə ilə desək, adamlıq dini uyğunlaşma dinidir. Yerinə, zamanına, adamına görə davranış, baxış və səs formalarını tələb edir. Səmimiyyət və təbiilik bu batil dində yeri olmayan anlayışlardır. Bu batil inanca görə, insanlar cinsinə, yaşına, hadisələrə, malik olduqları mövqeyə görə davranmalıdırlar.
Qadınlar cəmiyyətin özləri üçün qoyduğu qaydalarla yaşamalı, kişilər və uşaqlar da özlərinə verilən rolları oynamalıdırlar. Əgər şagirddirsə, adamlıq dini qaydaları şagirdin özünü necə aparmasını tələb edirsə, elə də davranmalıdır. Məmur, həkim, müəllim və işçi üçün də eyni qaydalar tətbiq edilir. Adamlıq dininin mənsubları yaşadıqları cəmiyyətdə sahib olduqları mövqeyi özlərində şəxsiyyət kimi formalaşdırır və bu şəxsiyyətin tələb etdiyi kimi davranırlar. Halbuki, möminin şəxsiyyətini inancı şəkilləndirir, əvvəldə də ifadə etdiyimiz kimi, cəmiyyətin özünə olan münasibəti, olduğu mövqe bu şəxsə heç bir təsir göstərmir.
Adamlıq dininin yaşandığı cəmiyyətdə yaşayan insana bu əxlaq və şəxsiyyət avtomatik olaraq yerləşir və bu batil dinin qaydaları dərhal tətbiq olunmağa başlayır. Cəmiyyətdə etibarlı şəxs olmağın, üstün olmağın yolları bu davranışlardan keçir.
Növbəti səhifələrdə adamlıq dininin mühitə, yaşa, ictimai və mədəni vəziyyətinə, cinsinə görə insanlara öyrədilən davranış və danışıq formalarını, psixologiyalarını araşdıracağıq. Bu həyat tərzinin Quran əxlaqına zidd olduğunu ayələri oxuduqca görəcəyik. Bu şəkildə, şeytanın batil dinlərindən biri olan adamlıq dininin İslamdan uzaq bir insana həyatının hər dövründə necə hökm etdiyi ortaya çıxacaq.
Adamlıq dininə görə adam olmaq
(Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il 18 yanvar)
Adnan Oktar: Adamlıq dini insanlar arasında vardır. Məsələn: "O, adam balasıdır", -deyirlər; baxırsınız ki, hərəkətləri son dərəcə sünidir, danışıqları, mimikaları aktyor kimidir. İnsanı utandıracaq qədər sünidir, danışıqları sünidir, üslubu sünidir, yəni səmimi deyildir. Bunlarla əlaqədar yüzlərlə mimika, yüzlərlə üslub vardır. Məsələn, biri gəlir: "Neçə vaxtdı sizi gözləyirdik, haralarda idiniz?" - deyərək, çox süni üslubdan istifadə edir. Halbuki, insana səmimi olaraq çox darıxdığını, çox sevdiyini söyləyə bilər, yəni çox açıq şəkildə söyləyər. Oradakı süniliyə nə ehtiyac var? Bu, adamlıq dinidir, mən bunu izah edirəm.
Sünilik insanı yorur. Təbiilik çox gözəldir, səmimiyyət çox gözəldir, səmimi sevmək çox gözəldir, səmimi ifadələr çox gözəldir. Onun üçün Allah: "Səmimi olan qullarım xilas olar" -deyir, şeytandan Allah`a sığınıram. Səmimiyyətin zövqü ilə süniliyin arasında müsəlman seçim etsə, Quranda bir hökm olmasa belə, insan dərhal təbii olanı seçər. Çünki təbii insan çox gözəldir, təbii bir qadın hara, süni qadın hara, elə deyilmi?

Adamlıq dinində ortaq psixologiya və davranış formaları 1

Adamlıq dinində ortaq psixologiya və davranış formaları

Adamlıq dininin həyat fəlsəfəsi və qaydaları Quran əxlaqına tamamilə zidd olan batil bir inancdan qaynaqlanır. Bu şeytani inanc insanın bütün həyatına hakim olan, cəmiyyətdə də təbii görünən bir düşüncə tərzidir. Quranın bir çox yerində pis əxlaq modeli olaraq təsvir edilən davranış və hərəkətlər adamlıq dinini yaşayan kəslər tərəfindən çox vaxt üstünlük olaraq qəbul edilir.
Bu batil din qaydaların hakim olduğu bir həyat tərzidir. Cəmiyyət böyük qismi atalarından miras qalmış bəzi qaydalara sahibdir. Bu qaydalar isə: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!" – dedilər”. (Zuxruf surəsi, 23) -deyən inkarçı cəmiyyətlərə bənzər şəkildə, sanki ilahi bir hökm kimi qorunur.
Bu qaydalardan kənara çıxmaq elə də asan olmur. Yemək mədəniyyətindən, yatmaq vaxtlarına, sevgi və hörmət göstərmək tərzindən, dost seçiminə, qonaq qəbul etmə qaydasına qədər, həmişə daha əvvəldən təyin olunmuş qaydalara görə yaşayırlar. Bu batil dini seçən hər kəs cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən ortaq bir üslubu və davranışı mənimsəmək məcburiyyətindədir. Hətta bu davranışları ustalıqla icra etmələri üstünlük olaraq qəbul edilir. Seçimlər Allah`ın razılığına görə deyil, adamlıq dininin qoyduğu haqq olmayan ölçülərə görə edilir. Bu düzgün olmayan yanlış anlayış adamlıq dininə tabe olanlarda xarakter və davranış pozuntularına səbəb olur. Aşağıda bunların ən çox nəzərə çarpanlarını əsas başlıqlarla araşdıracağıq.

1- Süni münasibət və davranışlar

İslam dinindəki təbiilik və səmimiyyət əvəzinə adamlıq dinində səmimiyyətdən tamamilə uzaq, hər biri xüsusi olaraq seçilən və zamanla xarakterin bir hissəsinə çevrilən süni münasibət və davranışlar vardır.
Adamlıq dininə mənsub olan insan səhv düşüncənin nəticəsi olan bu süni hərəkət və mimikaları, səmimiyyətsiz üslubu ilə ilk baxışda özünü büruzə verir. Bu süni hərəkət və davranışların hər biri diqqəti cəlb etmək, özünü göstərmək, mənfəət güdmək və s. kimi müəyyən məqsədlər üçün istifadə edilir.

Eyham vurmaq

Adamlıq dinində hisslərin çox vaxt danışıq yolu ilə deyil, baxış və davranışlarla ifadə edilməsi əsasdır. Bunun səbəbi, insanın keçirdiyi bir çox duyğunu açıq şəkildə bildirməyi qüruruna sığışdırmamasıdır. Buna görə, duyğularını eyhamlı hərəkət və davranışlarla bildirir. Bu davranış pozuntuları adamlıq dini mənsublarının əsas şəxsiyyət tərzini təşkil edir. Əsəbiləşmək, qısqanmaq, etinasızlıq, heyranlıq kimi hisslər bəzən belə hərəkətlərlə ətrafa bildirilir.
Əsəbiləşdikdə qapıları çırparaq bağlamaq, hirsləndiyini büruzə verəcək baxışlarla baxmaq, cavab vermədən yoluna davam etmək, əsəbi olduğunu bildirmək üçün səs tonunu mümkün olduğu qədər azaltmaq adamlıq dini insanının ətrafındakılara göstərdiyi davranışların bəziləridir. Ümumiyyətlə, açıq və səmimi üslubun yerinə eyhamlı bildirişlər seçilir.
İslam dinindəki əsilzadəliyin yerinə adamlıq dinində davranışlarda bəsitlik hakimdir. Dostlar arasındakı mübahisədə əsəbiləşib üzünü çevirmək, susub danışmamaq, qapını çırparaq çıxmaq, birdən-birə arxasını çevirib insanlardan uzaqlaşmaq, üzünü turşutmaq və bunu müəyyən bir müddət davam etdirmək kimi səssiz etirazlar, gülünəcək şeylərə qəsdən gülməmək, soruşulan suallara eşitdiyi halda cavab verməmək və ya səhv cavablar verib qarşı tərəfi bezdirmək kimi bəsit və bayağı hərəkətlər bunlardan bir neçəsidir.

Üstünlük etmək və alçaltmaq

Adamlıq dininin mənsubları gün ərzində davamlı olaraq bir-birlərinə qarşı üstünlük etməyə, dayanmadan qarşı tərəfi alçaltmağa çalışırlar. Çünki ancaq qarşı tərəfi əzdikləri təqdirdə yüksələcəklərini düşünürlər.
Əsəbi görünmək, çox məşğul və özünü kiminsə hərəkətinə dözə bilmirmiş kimi göstərmək iş yerinin sahibi və ya yuxarı vəzifədəki şəxslər tərəfindən öz işçilərinə, əmrində işləyənlərə qarşı edilir. Qarşı tərəfi adam yerinə qoymadığını bildirən hərəkətlər etmək də adamlıq dinində məqbul sayılır. Bir neçə nəfərin yanında danışarkən yalnız müəyyən şəxslərə xitab edərək, onlara baxaraq danışmaq, müəyyən kəsləri sanki o mühitdə yox saymaq adamlıq dininin alçaldıcı davranışlarındandır. Qarşısındakının maraqlandığını bildiyi bir mövzunu ona baxmadan yanındakılara izah etmək də tez-tez təkrar olunan hərəkətlərdəndir.
Qarşısındakı bir mövzu haqqında danışarkən üzünə baxmadan əlindəki işlə məşğul olmağa davam edib, mümkün olduğu qədər maraqlanmırmış kimi davranmaq, soruşduğu suala eşitdiyi halda cavab verməmək adamlıq dinində mənlik əlaməti olaraq görülür və üstün olmağın yollarından biri olaraq qəbul edilir. Maraqlanmırmış kimi davranmaq bir alçaltma üsulu olaraq həyatın hər mərhələsində böyük bir etina ilə tətbiq olunur. Məsələn, salam verilən şəxs olmaq üçün adam olmaq çox mühümdür. İlk salam verənin qarşı tərəf olmasına diqqət göstərilir. Salamı eşitməzliyə vurmaqdan qarşı tərəfi hörmətdən salmaq metodu olaraq istifadə edilir. Halbuki, Quranda bildirilən əxlaq çox fərqlidir:
Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)
Bəzi süni hərəkət və davranışlarla digər insanlardan üstün olmaq, öz qüsurlarını örtməyə çalışmaq, ancaq Allah və axirət inancına tam olaraq sahib olmayan kəslərdə görünən yanlış düşüncə pozuntusudur. Allah`ı lazımi kimi təqdir etməyən adamlıq dininin mənsubları yalnız Allah`a güvənib Allah`dan başqa heç bir şeydən qorxmayan möminlərin əksinə, daima qorxu, etibarsızlıq, narahatlıq içərisindədirlər. Digər insanlardan aşağı səviyyəyə düşmək, əzilmək, nəzərə alınmamaq kimi narahatlıqlar bu insanların gündəlik həyatında mühüm bir problemdir. Buna görə də daxilən buna qarşı öz ağıllarına görə müdafiə sistemi qururlar. Bu, onların ən zəif nöqtələrindən biridir. Bu zəifliklərini örtmək məqsədilə "ən yaxşı müdafiə hücumdur" kimi yanlış bir məntiqlə hərəkət edirlər.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: təkəbbür
(Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)
Adnan Oktar: İnsanlarda təkəbbür vardır, fironlarda, Nəmrudda da vardır. “Mənəmlik” deyilən bir şeydir təkəbbür. O, bütün vücudu bürüdüyündə insan havalanır. Şüuru qapanır, şeytanlaşır. Bu, dəccalların, fironların və Nəmrudların xüsusiyyətidir. Bəzən insanlarda da olur bu. Yəni o bədən artıq idarəsini itirir, adam qürurdan və özünü bəyənmişlikdən havalanır. Onu idarə edə bilməzsən, ondan sonra şüuru sanki tamamilə qapanır. “Sırf ənaniyyət hakim olur”, - deyir Səid Nursi, yəni bütün vücud ənaniyyətə qapılır özünü bəyənməkdən. Təkəbbürdən havalanır, hər şeydə özünü bəyənir, hər fikrinin doğru olduğunu düşünür. Vardır belə tiplər, bilmirəm, heç rast gəldinizmi? Yəni çox biliklidir, hər şeyi ən yaxşı o bilir, ən ağıllı odur, ən gözəl danışan odur, hər hadisənin ən doğru diaqnozunu o qoyur, özündən üstün varlıq tanımaz. Halbuki, Allah deyir, şeytandan Allah`a sığınıram: “Hər biləndən daha üstün bir bilən vardır”. Amma ona görə, ən yaxşı bilən odur.

Diqqəti özünə cəlb etmək

İctimai mühitdə insanların diqqətini çəkmək, varlığını onlara hiss etdirmək, özünü sübut etmək məqsədilə müraciət edilən süni hərəkət və davranışların ən nəzərə çarpanlarını belə sadalaya bilərik:
Olduğu mühitə zidd davranışlarla fərqli görünməyə, özünə xüsusi bir önəm verməyə çalışmaq, şən, səmimi bir mühitdə ciddi və ağır davranmaq, az danışmaq, ya da ciddi, sərt olmalı mühitdə lazımsız hərəkətlər etmək... Hadisələrə normadan çox reaksiyalar verərək və ya həddindən artıq laqeyd qalaraq diqqəti cəlb etməyə çalışmaq. Daxilən narahat olduğu halda, bir hadisəni son dərəcə normal qarşılamış kimi davranmaq. Davranışlarda anidən dəyişikliklər göstərmək, gülərkən birdən mənasız şəkildə ciddiləşmək və ya sakit ikən birdən şənlənmək, qəhqəhə çəkmək. Normal danışarkən bir anda səs tonunu yüksəltmək və ya həddindən artıq sakit bir səslə danışmağa başlamaq. Bu zaman üz mimikalarında və əl-qol hərəkətlərində də eyni tərzdə davranmağa başlamaq. Fərqli dayanmaq və ya oturmaq. Bununla da diqqəti üzərində saxlamağa çalışmaq. Birindən diqqət görənə qədər yaxınlıq göstərməmək, daha sonra maraqlanmaq, özünə səmimi davranan, yaxınlıq göstərənlərə qarşı laqeyd yanaşmaq, özünə üz verməyənə, aşağı baxana, diqqət göstərməyənlərə yaltaqlanmağa, diqqətini çəkməyə çalışmaq...
İctimai mühitdə diqqəti cəlb etmək üçün istifadə olunan üsullardan bəzilərini də belə sıralaya bilərik:
Özünü məşğulmuş kimi göstərmək, xəstə, narahat, ya da çətin bir vəziyyətdəymiş kimi görünmək, qəsdən səhv etmək, problem çıxarmaq, görmədiyi bir şeyi görmüş kimi izah etmək... Ona maraq göstərilməyən mühitdə diqqət çəkmək üçün və ya hər kəsdən daha fərqli və özəl bir diqqət görmək məqsədilə xüsusi hərəkətlər etmək də bu üsullarından biridir. Bu davranışların hamısında da bəhs olunan adam aktyorluq edərək buna nail olmağa çalışır. Bəzi nümunələr verməli olsaq:
Elə olmadığı halda, təəccüblənmiş, əsəbiləşmiş, sevinmiş, bəyənmiş kimi davranmaq, bunları bildirən mimika və hərəkətlər etmək. Qaşlarını çatmaq, qaşqabağını tökmək, eyhamlı baxmaq, dodaqlarını büzmək, gözlərini süzmək və s... Etiraz edirmiş kimi hərəkətlər etmək, məsələn, birinin özü ilə eyni fikirdə olduğu halda, bir mövzuda qəsdən müxalif çıxmaq kimi...
Hamının bildiyi bəzi xüsusiyyətlərə sahib olduğu halda, bunlardan bəhs etməyib başqalarının bu haqda danışmasını gözləmək. Bu xüsusiyyətlərindən bəhs edilincə təvazökarlıq edirmiş kimi görünmək, bununla da bəhs edilməyən başqa üstünlüklərinin olduğunu, amma "təvazökarlıqdan söyləmir" təəssüratını yaratmaq.

Mənfəət axtarmaq

Əslində, səmimiyyətsiz hərəkətlərin əsas səbəblərindən biri insanlardan gözlənilən müxtəlif mənfəətlərdir. Sevmədiyi, lakin mənfəət umduğu birinə onu bəyənirmiş kimi görünməyə çalışmaq, ona yaltaqlıq etmək, hər fürsətdə özünü bəyəndirməyə cəhd etmək, müdirinə qarşı saxta sədaqət və hörmət göstərmək, şərtlər dəyişdikdə isə gözünü qırpmadan vəfasızlıq etmək adamlıq dini mənsublarına görə adi davranışlardır.  

Lovğalanmaq

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Yuxarıdakı ayədə adamlıq dininin mühüm bir xüsusiyyəti olan öyünmə və lovğalanmanın insanlar arasında nə qədər geniş yayıldığını göstərir. İslam dinində həyatın ən böyük məqsədi Allah`ın razılığını, adamlıq dinində isə insanların razılığını qazanmaqdır. Bu səbəblə, adamlıq dinində öyünmək həyati əhəmiyyət daşıyır. Ətrafdakılar tərəfindən bəyənilən, təqdir edilən və ya qibtə edilən insan olmaq hər şeydən daha əhəmiyyətlidir. Bu batil dində insanlar ətrafındakılar üçün geyinir, danışır, evini dizayn edir, peşə seçir və ya kitab oxuyurlar. Etdikləri hər işdə ən böyük hədəfləri insanların razılığını qazanmaqdır. Məsələn, kitabxanaya gedib bir kitab seçərkən ən maraqlandıqları mövzuya deyil, ən çox satılan kitaba baxırlar. Hansı kitabı oxuduqlarında daha üstün və dəbə daha uyğun olacağını düşünürlər. Çünki burada kitab oxumaqda məqsəd ədəb, məlumat və ya özünü təkmilləşdirmək deyil, ətrafındakılara danışacaq mövzu tapa bilməkdir.
İnsanların çoxu uşağını tərbiyə edərkən onun səbirli, imanlı, mərhəmətli və ya comərd bir insan olması üçün deyil, səhv olsa belə, ətrafındakı insanlar tərəfindən xoş qarşılanan xüsusiyyətlərə sahib olması üçün cəhd edirlər. Məsələn, ən prestijli məktəbə qoymağa çalışır, qabiliyyəti olmadığı halda, piano dərsinə göndərir, qürurlu bir uşaq yetişdirməyin xoş görünəcəyinə inanırlar. Çünki adamlıq dinində uşaq çox əhəmiyyətli göstəriş səbəbidir. Uşağın yaxşı kollecdə oxuması, bir neçə xarici dil bilməsi, gözəl olması, yaxşı geyinməsi, yoldaşlarının arasında məşhur olması və ya qabiliyyətli olması ata və ananın etibarı baxımından çox əhəmiyyətlidir. Belə ki, adamlıq dini söhbətlərində ata-analar uşaqlarının nə qədər təvazökar, nə qədər şəfqətli və ya nə qədər həlim olduqlarını deyil, insanların qibtə edəcəkləri bu tip xüsusiyyətlərini söyləməyi seçirlər. Bu səbəblə də uşaqlarının əxlaqı ilə deyil, görünüşü ilə maraqlanırlar.
Lovğalanmaq səbəblərindən bir başqası da dəbdəbəli evə sahib olmaqdır. İnsanlar ev seçərkən öz rahatlıqlarından çox ətrafdakı insanların dünyagörüşünə əhəmiyyət verirlər. Hansı mühitdə və neçə mərtəbəli olmasının, mənzərənin görüntüsünün, neçə kvadrat metr olmasının da etibarlarını artıracağını düşünürlər. Evin içini də tamamilə ətrafın dünyagörüşünə görə dizayn edirlər. Başqa rəngi xoşlasalar belə, dəbdə olan rəngi seçir, kreslolar narahat olmasına baxmayaraq, sırf bahalı və dəbdəbəli olsun deyə alır, heç bəyənmədikləri döşəməyə yalnız məşhur bir memarın işlədiyini deyə bilmək üçün dözmək məcburiyyətində qalırlar. Vaxtlarının çoxu bu evin içində keçdiyi halda, sırf bu qədər pul verdikləri qonaq otağı köhnəlməsin deyə qonaq gəlmədikdə bu otağa addımlarını belə atmırlar. Hətta bəzi insanlar mebellərin üzərini örtüb, özləri içəridə kiçik bir otaqda otururlar. Yəni evin yarısını özünü göstərməyə, yarısını da yaşamağa ayırırlar.
Öyünmək insanlar üçün elə böyük həvəsdir ki, ən yaxın gördükləri insanlara belə mütləq özlərini göstərmək istəyirlər. Bunun üçün ən yaxşı üsullardan biri də evə dəvət etməkdir. Gələn insanları görmək istədikləri üçün deyil, yalnız lovğalanmaq üçün dəvət edirlər. Qonaqlığın hər incəliyi bu məqsədə uyğun olaraq hazırlanır. Yeməklər belə ləzzətlərinə görə deyil, varlı görünmək xüsusiyyətlərinə görə seçilir. Burada məqsəd qonaqların bu yeməkdən ləzzət alması deyil, bu yeməyə xərclənən pula qibtə etməsidir. Belə bir məclisdə hər kəs bir-birinin paltarına, ayaqqabısına, çantasının markasına, mebellərə, taxılan ləl-cavahiratlara və ya istifadə etdiyi ətirlərə baxır.
Məclisə gələnlərin bütün danışıqları özünü nümayiş etdirmə yarışını xatırladır. Danışıqlarında hər kəs bir mövzuda özünü göstərmək niyyətindədir. Qadınlar xarici ölkələrə etdikləri səyahətlərdən, getdikləri ölkənin gözəlliyindən, xidmətçi tapmağın çətinliklərindən, dərzilərindən, aldıqları paltarların markalarından, saç ustalarından, zərgərlərə sifariş verdikləri ləl-cavahiratlardan bəhs edərək özlərini göstərməyə və digər qadınları alçaltmağa çalışırlar. Kişilər iş sahəsində qazandıqları müvəffəqiyyətlərlə, çevrələrinin geniş olması ilə, iqtisadi və siyasi mövzulardakı söhbətləri ilə ön plana çıxmağa çalışırlar. Dolayısilə, bu tip adamlıq dini söhbətlərində səmimiyyət və dostluğun olması qeyri-mümkündür. Belə ki, bu tip qonaqlar məclisdən ayrıldıqdan sonra mütləq geridə qalanların qeybətini edirlər. Məclisdəkilərin səmimiyyətsizliyindən, özlərini göstərməyə çalışdıqlarından, nə qədər sıxıldıqlarından, ev sahiblərinin mədəniyyətsizliyindən, evin dekorasiyasının pis olmasından, yeməklərin dadsız olmasından bəhs edirlər. Beləliklə, adamlıq dininin hakim olduğu belə məclisləri son dərəcə bezmiş və narahat şəkildə tərk edirlər.

Çoxbilmişlik

Adamlıq dinini yaşayan insan Quranda bildirilən ağıl və anlayışdan olduqca uzaqdır. Buna baxmayaraq, bu insanlar öz ağıllarını çox bəyənir və özlərini digər insanlardan ağıllı zənn edirlər. Adamlıq dini mənsubu hər kəsə hər mövzuda fikir verəcək bir ağıla sahib olduğunu düşünür. Başına gələnlərdən öz fikrinə görə çıxardığı nəticələrlə həyat təcrübəsi qazandığını sanır. Hər kəsə fürsət düşən kimi bu təcrübəni sübut etməyə çalışır. Burada ağıl, zəka, əxlaq və mədəniyyət kimi xüsusiyyətlər ikinci dərəcədə qalır. Əsas yeri yaş amili tutur. Bu sözdə üstünlük “sən gedən yolları mən çoxdan qayıtmışam” kimi ifadələrlə vurğulanır.
Fikrini bildirdiyi bir mövzuda haqsız olduğu məlum olsa belə, haqsızlığını qəbul etdiyi çox nadir rast gəlinən bir haldır. Yanılmaq, səhv etmək, haqsızlığının ortaya çıxması adamlıq dininə mənsub olan insanının meyarlarına uyğun deyil. Çünki əhəmiyyətli olan nəticə əldə etmək, həqiqəti ortaya çıxarmaq deyil, əsasən, öz komplekslərinin təmin edilməsidir.
Bu cür mühitdə böyüyən uşaqlarda da daha kiçik yaşlardan bu xüsusiyyətlər meydana gəlməyə başlayır. Məsələn, mədəni, intellektual, varlı, lakin İslam əxlaqından uzaq bir ailənin uşağı, ümumiyyətlə, çoxbilmiş, insanlara yuxarıdan aşağı baxan, özünü hər mövzuda haqlı sanan şəxsiyyət kimi formalaşır. Uşaqlıqdan bu cür böyüyən uşaqlar İslam əxlaqı ilə tərbiyə olunmadıqları təqdirdə bu batil xüsusiyyəti həyatlarının hər dövründə yaşamağa davam edirlər.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: eqoizm
(Cənab Adnan Oktarın Büyükhaber reportajı, 2008-ci il, 12 dekabr)
Adnan Oktar: Materialist-darvinist düşüncə avtomatik olaraq eqoistliyi, yəni eqoizm fəlsəfəsini gətirir. “Mən xilas olum, kimə nə olursa olsun”, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi yayılır. Eqoistlik çox qorxunc bir şeydir. Çox narahat edən bir şeydir. Eqoist cəmiyyətlər, eqoist insanlar. Eqoist iş rəhbərləri həmişə öz mənfəətlərini güdərlər. Qanun və nizam tanımazlar. Haqq-hüquq tanımazlar, gözəllik, sevgi, şəfqət, mərhəmət, hörmət kimi duyğuları çox lazımsız görərlər. Ona görə də hazırda dünyada yaşanan iqtisadi böhran da bütün gücü ilə bu zəmində böyüyür. Halbuki, insanlar təvəkküllü olsalar, Allah`a təvəkkül etsələr, hər şeydə bir xeyir görsələr, mərhəmətli olsalar, qonşusunu özündən daha çox qorusalar, "qonşusu ac ikən tox olan bizdən deyil" sözünü- Peyğəmbərimizin (s.ə.v) bu gözəl sözünü gözəl bir əxlaq kimi yaşasalar, tamamilə fərqli bir mühit olar. Məsələn, sədəqə verilmir, zəkat çox az verilir, halbuki müsəlmanlar kasıbları qorusalar, insanlara yaxşılıq edərlər. Xüsusilə borcları bağışlayarlar, borcların bağışlanması çox əhəmiyyətlidir. Qorxub dünya malına həvəslənməzlər, qızılı, gümüşü, pulu yığmazlar, onu Allah yolunda istifadə edərlər, çünki Allah`dan gələcəyini ümid edərlər. Ona görə, indi böhran oldu bütün dünyada. Çünki hər kəs pulunu hesablayır, hər kəs qızıl-gümüşünü düşünür, heç kim infaq etmək istəmir, hər kəs qorxu və narahatlıqla böhranın nəticəsini gözləyir. Belə olmaz. Bu, bir xəstəlikdir, yəni tam mənası ilə bir çöküşdür.
(Cənab Adnan Oktarın Çay tv-dəki canlı reportajı, 2009-cu il, 25 fevral)
Adnan Oktar: ... Məsələn yaşlı bir babaya da şəfqətlə yaxınlaşır, yoldan keçirmək istəyir, əlində ağır yük varsa, onu götürmək istəyir, avtobusda yer verir. Amma dinsiz yetişdirilən, eqoist yetişdirilən biri yaşlı insan görəndə küçəyə baxmağa başlayır. Məsələn, yolda gedirsə, üzünü çevirir, məsələn, adam yaşlıdır, beli bükülüb, ağrıyır, nə olar ki, aslan kimi cavansan, al əlindəkiləri: “-de, hörmət və sevgi göstər, insan bundan xoş olur. Allah ona o zaman güc, qüvvət verər, sevinc verər, rahatlıq verər.

Qeyri-sabit davranmaq

Adamlıq dinində insanların davranışlarının qeyri-sabit olması cəlbedici və məqbul sayılır. Bu səbəblə, insanların çoxu, əslində, son dərəcə normal bir şəxsiyyətə sahib olmasına baxmayaraq, xüsusilə sabit olmayan hərəkətlər edir. Çünki bu, ətrafındakı insanlar arasında etibar qazanmasına və təqdir görməsinə səbəb olur. Adamlıq dininin bu yanlış zehniyyəti səbəbi ilə diqqət çəkmək üçün canını təhlükəyə ata bilənlər də vardır. Xüsusilə gənclər dostlarının yanında lovğalanmaq və insanların heyranlığını qazanmaq üçün ağılsız hərəkətlər edirlər. Məsələn, avtomobili sürətlə sürürlər. Qarşıdan gələn avtomobilin üzərinə sürüb son anda kənara çəkirlər. Həm öz həyatlarını, həm də digər insanların həyatını heçə sayaraq özlərinə: “Dəli kimi cəsurdur, ölümdən belə qorxmur”, -dedirtmək istəyirlər. Halbuki, insan, əslində, ölümdən qorxmadığına görə deyil, adamlıq dininin təsirinə qapıldığı üçün bu cür davranır. Ancaq unutmaq olmaz ki, dəli kimi sürətlə hərəkət edərək cəsarətini göstərən gənc elə o anda bir qəza törədərsə, üzündəki bütün o dəlilik gedər, əvəzinə çox ciddi və qorxunc bir ifadə əmələ gələr. Kömək istəməyə və ölməmək üçün dua etməyə başlayar. O anda adamlıq dini tamamilə təsirini itirər və yerini Allah qorxusu alar.
Qeyri-sabit davranmağın başqa bir üsulu da hamının qorxduğu, çəkindiyi biri ola bilmək üçün hərdən əsəblərinə hakim ola bilmirmiş təqlidi etməkdir. Bir mövzuya əsəbiləşdiyində yumruğunu divara vurmaq, şüşəyə yumruq ataraq əlini qanatmaq, əlləri ilə üzünü bağlayaraq bir müddət sakitləşmək, dərhal içki içməyə başlamaq adamlıq dininin etməli olduğu müəyyən davranışlardandır. Hətta çoxları “mən çox əsəbiyəm” və ya  “tərs üzüm var, amma hər zaman göstərmirəm” kimi sözlərlə özünü dəli kimi göstərib insanların arasında etibar qazanmağa çalışır.
İnsanın həyatını təhlükəyə atan bəzi idman növləri də bunun üçün seçilir. Çoxları şikəst olmaqdan və ya ölməkdən qorxduğu halda, sırf ətrafındakılara lovğalanmaq üçün bu idmanlara yönəlir. Bununla da adamlıq dini normal ağıla sahib olan insanları da anormal hərəkət etməyə məcbur edir.

Bacarıqsızlıq

Adamlıq dinində varlı insanların bacarıqsız olmalı olduğuna aid yanlış bir inanc vardır. Bu inancın məntiqi bu düşüncəyə əsaslanır: varlı olan insanlar yanlarında mütləq xidmətçi saxlayırlar. Məsələn, yeməklərini özləri hazırlamır, aşpaz hazırlayır. Evlərini özləri təmizləmir, xidmətçi tuturlar.
Paltarları söküləndə özləri tikmir, bir əşya qırıldığında onu yerdən yığışdırmır, bir yerə gedəndə ünvanı sürücüyə verir, yolu tapmağı ondan gözləyir, alış-verişə özləri getmir, evə gətirdir, xəstə olduqda evə xüsusi həkim gətirdir, xəstəyə necə qulluq edilməsini bilmirlər. Avtomobil işləməsə, təkər partlasa, hər hansı bir əşyaya nə isə olsa, bunları düzəltmək üçün mütləq yanlarında işlətdikləri adama müraciət edərlər. Bütün bunlar imkanlı insanlara məxsus həyat tərzidir. Bu səbəblə, başqalarının dəstəyi ilə yaşamağa alışmış bu insanlar nə isə öyrənməyə ehtiyac duymurlar.
Və bu zehniyyət özünü zəngin kimi göstərib lovğalanmaq istəyən bir çox insanın, əslində, bacarıqlı olmasına baxmayaraq, bacarıqsızlıq təqlidi etməsinə səbəb olur. Bu səbəblə, xüsusilə qadınlar arasında əl qabiliyyəti olmayan, heç nə bacarmayan biri kimi görünmək olduqca yayılmışdır. Məsələn, gənc qızın, əslində, bacardığı halda, yoldaşlarının yanında “mən çay dəmləyə bilmirəm, mən yemək hazırlamağı bacarmıram, həyatımda mətbəxə girib nəsə etdiyimi xatırlamıram, mən heç yaxşı tikiş tikə bilmirəm, bu günə qədər əlimə iynə-sap almamışam” kimi ifadələrinin əsas məntiqi budur. Bu şəkildə hər işini başqasına etdirmək imkanı olan zəngin insan görünüşü verməyə çalışırlar.

Bəyənməmək

İnsan bir əşyanı nəyə görə bəyənmir və dəyərsiz görür? Çünki daha yaxşısına malikdir. Məsələn, sarayda yaşayan biri adi mənzili  bəyənmir və dizaynını tənqid edir. Ancaq daxmada yaşayan insan üçün gözəl mənzil  böyük bir saray hökmündədir. Çünki özü daha pis şərtlərdə yaşayır.
İnsan digərlərinin ağlını niyə bəyənmir? Çünki özünün daha ağıllı olduğuna inanır. Digərlərinin fikrini niyə bəyənmir? Çünki özünün daha yaxşı fikirləri vardır. Qarşısındakının gördüyü işi niyə bəyənmir? Çünki özünün daha yaxşı bacarığa sahib olduğunu düşünür. Buna görə, bir şeyi bəyənməmək, ümumiyyətlə, o şeyin daha yaxşısına sahib olmaq mənasını verir.
Bu səbəblə, ətraflarına hər şeyin ən mükəmməlinə sahib olan insan kimi görünmək istəyənlər gördükləri heç bir şeyi bəyənmirlər. Hətta bəyənsələr belə, bunu bildirmir, bir qüsur tapıb mütləq tənqid etmək istəyirlər. Məsələn, tanışları ilə birlikdə lüks restorana gedən biri həyatı boyu bu cür lüks bir restorana getməmiş olsa belə, yenə də buranın yeməklərində və ya dekorasiyasında, yaxud da ofisiantın hərəkətlərində qüsur tapmağa çalışır. “Məncə yeməkləri çox yaxşı deyildi, mənzərəsi çox pis idi, yaxşı dizayn edilməyib, insanın ürəyi sıxılır”, -deyib bundan daha yaxşı yerlər görmüş kimi davranır.
Gənc qızlar özlərindən daha gözəl qız gördükdə mütləq onda bir qüsur taparaq öz üstünlüklərini vurğulamaq istəyirlər. Məsələn, saçlarının gözəlliyinə güvənən gənc qız özündən daha gözəl birini gördükdə: Bu nə saçdır, saç düzümü heç yaraşmır” və ya: “Yəqin saçları bir az seyrəkdir", -deyərək, əslində, özünün daha üstün olduğunu vurğulamağa çalışır. Boyu uzun olan gənc qız özündən bir az qısa boylu, amma daha gözəl birini gördükdə dərhal: “Boyu balacadır”, - deyərək onu hörmətdən salmağa çalışır.
Adamlıq dininin bu yanlış anlayışına görə, heç kim özündən daha üstün saydığı, daha ağıllı, daha gözəl, daha qabiliyyətli olduğu birinin xüsusiyyətlərini dilə gətirməz. Məsələn, bir yazıçının öz yaşıdı olan başqa yazıçını təriflədiyini, özündən daha ağıllı olduğunu və ya üslubunun özündən daha məqsədəuyğun olduğu haqqında yazısını çətinliklə görə bilərsiniz. Bir sənətçinin öz səviyyəsində gördüyü başqa sənətçini təqdir etməsi, daha gözəl və qabiliyyətli olduğunu söyləməsi çox nadirdir. Ancaq bu insanların bir-birlərini var gücü ilə tənqid etdiklərini görərsiniz. Məsələn, bir psixoloq digərinin üslubunu bəyənməz, bir televiziya kanalı digər kanallardakı aparıcılarda mütləq qüsur tapar. Bunun səbəbi öz qabiliyyətlərini, ağıllarını və ya mövqelərini üstün göstərmək cəhdidir.

Adamlıq dinində ortaq psixologiya və davranış formaları 2

Adamlıq dinində ortaq psixologiya və davranış formaları

2- Danışıqda nöqsan

Danışmaq insanların fikir, düşüncə və duyğularını, istək və arzularını bildirmələrinə, bir-birləri ilə ünsiyyət qurmalarına kömək edir. Halbuki, adamlıq dinində danışmaq bu əsas məqsədlərindən əlavə, bu insanların yanlış psixologiyasını ətrafdakılara bildirmək vasitəsidir. Adamlıq dinini yaşayan insanın bütün kompleksləri, şəxsiyyət pozuntuları, psixoloji problemləri danışığı əsnasında ortaya çıxır. İnsanların böyük əksəriyyəti özünü insanlara olduğundan fərqli və üstün göstərmək arzusundadır. Bu göstəriş münasibət və davranışlarla olduğu kimi, həm də danışıq yolu ilə həyata keçirilir. Bu hissədə adamlıq dini fərdlərinin danışıqlarını üslub, davranış, mimika və digər xüsusiyyətləri baxımından araşdıracağıq.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: mədəniyyətsizlik və ədabazlıq anlayışı(Cənab Adnan Oktarın Kral Karadeniz - dəki canlı reportajı, 2009-cu il, 6 mart)
Adnan Oktar: Bəzən elə tiplər görürəm ki, həqiqətən, mədəniyyətsiz və cahildir, amma qulağına sırğa taxmış, saçına da jele vurmuş, köynək geymiş, sözləri yavaş-yavaş deyir, maraqlı danışıq tərzi əmələ gətirmişlər. Çox müasir görünüşlü, amma tamamilə cahil və mədəniyyətsiz. Mən saçını düzəltməsinə bir şey demirəm, yaxud kəsməsinə. O xoşuna gəlirsə, etsin. Köynək geyməsinə də, qulaqlıq taxmasına da. Xoşuna gəlirsə, etsin. Amma bununla müasir olduğunu zənn etməsi çox anormaldır. Çünki müasirlik sevgi dolu olmaq, mərhəmətli, şəfqətli olmaq, diqqətli olmaq, təmizliyə diqqət etmək, digər insanları narahat etməmək, Yaradandan ötrü yaradılmışları sevmək, çiçəklərə, bitkilərə, uşaqlara, gözəlliklərə, hər şeyə qarşı heyranlıq duymaq, onları qorumaq, hadisələrin çətin tərəflərini görmək - budur müasirlik.

Süni və səmimi olmayan danışıqlar

Adamlıq dini qəliblər dinidir. İnsan bu qəlibləri mənimsədiyi və tətbiq etdiyi zaman cəmiyyətdə qəbul edilir və rəğbət qazanır. Münasibətlərdə çox əhəmiyyətli bir yer tutan danışıqda da bu batil dinin özünəməxsus saysız formaları vardır. Adamlıq dinində danışıqlar mühit və vəziyyətə görə bu qəliblərdən uyğun olanların seçilməsi ilə meydana gəlir. Danışanın istifadə etdiyi sözləri, həqiqətən hiss edib-etmədiyi heç əhəmiyyətli deyil. Adamlıq dini mənsubunun hiss etdikləri zahirən fərqli olduğu üçün –başqa sözlə, içi və üzü eyni olmadığı üçün- bir mənada ikiüzlü olur. Normal insan üçün ikiüzlülük hər nə qədər utanmalı bir hal olsa da, adamlıq dinini yaşayan biri utanılası vəziyyətə düşdüyünün fərqində olmur.
Adamlıq dinində nifrət etdiyi halda, sevirmiş kimi görünməyi, sevdiyi halda, sevmirmiş kimi görünməyi, əhəmiyyətsiz hesab etdiyi halda, hörmət göstərməyi, kədərlənmədiyi halda, kədərlənmiş kimi, sevinmədiyi halda, sevinmiş kimi davranmağı, içindən gəlmədiyi halda, gülüb qəhqəhə çəkməyi və ya ağlamağı, heç təsirlənmədiyi halda, çox təəccüblənmiş kimi görünməyi öyrənir. Mühitin tələbinə görə də bu öyrəndiklərini tətbiq edir.
Qarşısındakılar da eyni xüsusiyyətə sahib olduqları üçün sünilik və səmimiyyətsizliyə əhəmiyyət verməyib təbii qarşılayırlar. Özlərinə növbə çatdığında da eyni saxta və süni xarakteri göstərməkdən çəkinmirlər. Səmimiyyətsiz danışıq növlərinin bəzilərini göstərə bilərik:
Hadisələri izah edərkən daha çox diqqət çəkmək üçün qabarıq üslubdan istifadə etmək. Sadə bir şeyi əhəmiyyətli imiş, əhəmiyyətli bir şeyi də sadə imiş kimi izah etmək. Danışarkən doğma dilində qarşılıqları olsa belə, xarici sözlərdən istifadə edərək xarici dil bildiyini bildirmək...
Bilmədiyi mövzulardan bəhs edilən zaman bilirmiş kimi davranmaq, o mövzu haqqında eşitdiyi bir şeyi əlavə edib sanki bütün mövzu haqqında məlumatı varmış kimi lovğalanmaq. Danışılanlardan təsirlənmədiyi halda, süni reaksiyalar vermək və hiss etmədiyi halda, heyrət, bəyənmə, qınama, kədərlənmə, təsdiqləyici ifadələrdən istifadə etmək. Məsələn, əslində, təəccüblənmədiyi halda, “doğrudan?”, “aa, inanmıram”, “məəttəl qaldım” kimi ifadələrdən istifadə etmək.
Bunların çoxu səmimi olaraq hiss edildiyi üçün deyilmir. Əslində, qarşı tərəf də bu sözlərin süniliyindən xəbərdardır. Ancaq əsas olan bu qəliblərdən yerində və ustalıqla istifadə edilməsidir. Səmimiyyətsizlik və ikiüzlülük adamlıq dinində elə təbii hal almışdır ki, səmimi görünən birinə rast gəldikdə onun bu xüsusiyyətindən fövqəladə bir hadisə kimi bəhs edilir. Adamlıq dininin yaşandığı mühitlərdə insan səmimiyyətsizliyi qədər cəmiyyətdə müvəffəqiyyətli olur. Cəmiyyətdə insanların heyran olduğu bir mövqe qazanan insanların çoxu bu qaydaların tətbiqində ustalaşmışlar. Yoldaşının vəzifəsi, zənginliyi, uşaqlarının məktəbdəki uğurları, tətil yerləri, ictimai əlaqələr və fəaliyyətlər qabarıq şəkildə ifadə edilir. Süni danışıq növlərinə aşağıdakıları da əlavə edə bilərik:
Qarşı tərəfin zarafatlarına ayıb olmasın deyə və ya ondan çəkindiyi və ya ona yaltaqlanmaq üçün məcburi gülmək, içindən gəlmədiyi halda, süni qəhqəhə çəkmək. Hirslənəndə əsəbi olduğunu səs tonu ilə bildirmək də adamlıq dinində tez-tez rast gəlinən danışıq pozuntuları arasındadır.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: sünilik
(Cənab Adnan Oktarın Kaçkar tv - dəki canlı reportajı, 2009-cu il, 12 mart)
Adnan Oktar: Adamlıq dini cəmiyyətdəki insanların daima qarşılaşdığı bir həqiqətdir. Çox sünilik, çox süni danışıqlar, yəni təbii olmamaq. Məsələn, birini görür: “Haralarda idin, həqiqətən, mən sənin üçün çox darıxmışdım”, deyir; halbuki: “Allah qovuşdurdu, əlhəmdülillah”, - desən, daha səmimi söhbət olar. Bir neçə dəfə: “İnan, çox sevindim”, - deyir. Yəni yalan söyləyir ki, inandırmağa çalışsın. And içir, məsələn: “Çox sevindim”, - deyir. Kədərlənməyəcəksən ki, təbii ki sevinəcəksən. Belə süni ifadələri nəzərdə tuturam. Cəmiyyətin çox hissəsində insanları narahat edən, təbii olmayan danışıq üslubudur bu. Bir də təbii səmimi danışan insan vardır. Bu, insanı rahatladır. Candan danışır, içindən gəldiyi kimi danışır. Amma süni insanda: “Bircə bu söhbəti bitirsəydi”, - deyə insan düşünür. Dözülməz  bir danışıq  şəklidir bu.
(Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir) canlı reportajı, 2009 - cu il, 14 fevral)
Adnan Oktar: Məsələn, çox süni, aktyor kimi mimika və üslublar. Sanki şeir oxuyur. Belə maraqlı tiplər olur, çox süni, səmimi olmayan hərəkətlə qəribə şou göstərir, çox qəribə üslubla izah edir dini. Onsuz da diqqətlə baxanlar dərhal anlayırlar. Sanki din üçün danışarkən xüsusi üsluba ehtiyac varmış kimi, ührəvi bir üslubla, gözləri dalır, fonda həzin bir musiqi, qaval səsi, ney səsi. Nə üçün bunlara ehtiyac var? Din açıq-aşkar həqiqətin özüdür.
Həqiqətən, əylənən insanın üzündə xoş ifadə olur. Heç xoşbəxt deyillər. Bir-birlərinə, hamısını tənzih edirəm, amma böyük hissəsi şou göstərir və xoşbəxtlik şousu kimi olur bu. Bu, çox əziyyətdir.

Boş və məqsədsiz danışıqlar

Adamlıq dininin danışıqlarındakı ən nəzərəçarpan xüsusiyyət söhbətlərin boş və məqsədsiz olmasıdır. Xalqın doxsan faizindən çoxu söz olsun deyə, danışıq olsun deyə danışır. Nəticə verməyən, qəlibləşmiş mövzular bu boş danışıqların əsasını təşkil edir. Bu cür danışıqların mövzusu çox genişdir. Bu söhbətlər adamlıq dini mənsubunun gündəlik həyatında əhəmiyyətli yer tutur. Danışıqların dəyişməyən klassik başlanğıcları olur: “Dünyanın heç bir yerində yoxdur...”, “Avropalı bunu etməz...”, “24 saatda...” -deyə başlayan söhbətlər; “Məni başa gətirəcəklər...”, “Biz adam olmarıq...”, “Onların hamısı mənim yanımda yetişib...” şəklindəki danışıqlar uzanır, genişlənir, mövzudan mövzuya keçir. Heç bir nəticə verməyən, versə də, heç bir fayda gətirməyən bu cür danışıqlar, ümumiyyətlə, qarşı tərəfə fikir, düşüncə sahibi olduğunu hiss etdirmə istəyindən qaynaqlanır.

Hikmətsiz danışıqlar

Adamlıq dinində danışıb həll edilməsi mümkün olan mövzular belə qarışıqlığa süründürülür. Çox qısa müddətdə həll edilə bilən məsələlər saatlarla uzadılır. Danışıqlar qarşılıqlı iddia və inada çevrilir. İş toplantıları, dostlarla görüşlər, qonaqlıqlarda həmişə belə səhnələr olur. Hikmətsizlik söhbətlərin hər anında özünü göstərir. Mövzuları hikmətli, ağıllı şəkildə dilə gətirmək mümkün deyil. Çünki hikmət ancaq Allah`ın diləyib seçdiyi qullarına verdiyi bir üstünlükdür. Bir Quran ayəsində belə buyurulur:
Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! (Bəqərə surəsi, 269)
Quranda bildirilən ağıl və hikmətə sahib olmayan adamlıq dini mənsubu bir neçə cümlədə izah edilə bilən mövzunu dəqiqələrlə, hətta saatlarla izah edə bilmir. Bəzən də qısa müddətdə izah edə biləcəyi mövzunu qəsdən dəqiqələrlə uzadır. Televiziyalarda bəzi verilişlərdə çox qısa vaxtda həll edilə bilən məsələlər saatlarla müzakirə edilir, amma heç bir nəticə vermir. Bu mövzu haqqında Quranda belə bildirilir:
İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6)
Adamlıq dinində insanlar sözü uzadıb heç cür mövzunun mahiyyətinə, məqsədinə çatmırlar. Çox danışdığı halda, bir şey izah edə bilmirlər. Lazımsız sözlər, mənasız əlaqələrlə çox sadə bir mövzunu belə mürəkkəb şəklə salırlar. Danışıqlarının arasında özünə diqqət çəkməyə, fikir və düşüncələrini önəmli göstərməyə və ya mədəniyyətini sübut etməyə yönəlmiş eyhamlı sözlər deməyə çalışırlar. Ən həyati mövzularda belə özlərinin önə çəkilməsi birinci planda, danışılan mövzu ikinci plandadır.
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20) ayəsində xəbər verilən xüsusiyyətlər adamlıq dininin söhbətlərində də çox tez-tez özünü göstərir.
Bunlara hamı bir ağızdan danışmaq, qarşısındakının sözünü kəsmək, mövzunu yarıda kəsib özünün mühüm sandığı başqa bir mövzuya başlamaq, yerli-yersiz, bilib-bilmədiyi hər mövzuya qarışmaq kimi hərəkətləri də əlavə edə bilərik.

Düşüncəsiz danışıqlar

Adamlıq dininin söhbətlərində düşüncəsizlik tez-tez özünü göstərir. İzah etdiyi mövzu və ya istifadə etdiyi üslub qarşı tərəfin diqqətini çəkmədiyi halda, buna fikir verməyib eyni tempdə izah etməyə davam etmək, hər kəsin bildiyi şeyləri çox qeyri-adi bir mövzu izah edirmiş ədasıyla izah etmək, qarşısındakının vaxtı yox ikən sözə tutmaq adamlıq dininə məxsus düşüncəsizliyin ən nəzərəçarpan nümunələrindəndir. Bütün bunlarla yanaşı, yersiz zarafatlar söhbətlərin daha da hikmətsiz hala gəlməsinə səbəb olur.

Nəzakətli olmamaq düşüncəsiz danışıq formalarından biridir. Yanlış anlaşıla bilən sözlərdən istifadə etmək, sözün ucunun hara gedəcəyini bilməmək, danışarkən müxtəlif hallara düşmək də bura aiddir. Çox vaxt lağ etmək məqsədi olmadığı halda, şüursuz şəkildə insanları təhqir etmək adamlıq dini mənsubuna məxsus davranış tərzidir. İnsanların müxtəlif maddi və ya fiziki qüsurlarını nəzərə almadan, lazım olmadığı halda bu haqda danışmaq o kəslər üçün xoşagəlməz ola bilər. Məsələn, saçları tökülmüş, boyu qısa və ya maddi vəziyyəti pis olan birinin yanında bu xüsusiyyətləri ilə əlaqədar yersiz danışmağı, lazımsız zarafatlar etməyi adamlıq dininə xas düşüncəsizliklər arasında saymaq olar.

İstehzalı danışıq

Mövzu nə olursa olsun, daima mübahisə etmək adamlıq dininin xüsusiyyətlərindəndir. Bundan əlavə, səs tonunu yüksəldərək mübahisə etmək, xüsusilə qarşı tərəfə öz fikrini qəbul etdirmək üçün lazımlı sayılır.
Özü ilə eyni mühitdə olanları həmsöhbət saymayıb onlar haqqında “bu”, “bunlar” kimi ifadələr söyləmək, qarşısındakının üzünə baxmadan danışmaq, söz atmaq da adamlıq dinində qarşı tərəfi alçaltma metodlarındandır. Eşitdiyi halda soruşulan suallara cavab verməmək, eşitməzlikdən gəlmək istifadə edilən bir başqa yoldur. Bunlardan əlavə, eşitdiyi bir şeyi qəsdən təkrarlatmaq, anladığı halda anlamazlıqdan gəlmək, qarşı tərəf bir şey izah edərkən ona əhəmiyyət vermədiyini və dinləmədiyini müəyyən edəcək şəkildə başqası ilə fərqli bir mövzuda danışmağa başlamaq qarşısındakına hörmət etməyən və istehzalı danışığın digər nümunələrindəndir.

Telefon söhbətləri

Telefonla danışarkən adi halda istifadə etdiyi səs tonu və üslubdan fərqli danışmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. “Alo” sözünü olduğu yerdəki mövqeyinə görə, fərqli, səmimi olmayan şəkillərdə tələffüz etmək, məsələn, müdir vəzifəsindədirsə, səsini xüsusilə qalın tona salıb ağır və ciddi bir üslubla telefonu açmaq.
Adamlıq dinində telefonla danışarkən istifadə edilən digər hərəkətlər də belə sadalana bilər:
Qarşılıqlı söhbətlərdə rahat deyə bilmədiyi şeyləri cəsarətlənib telefonda demək, mənfəəti olan birindən telefon zəngini gözləyərkən telefonun başından ayrılmadığı halda, zəng gəlincə telefonu dərhal açmamaq, uzun müddət sonra cavab vermək...
Qarşı tərəflə danışarkən ətrafındakılara qaş-göz işarələri ilə mesaj vermək. Özünü tanıtmaq və vidalaşmaq əsnasında süni səmimiyyət formalarından istifadə etmək, əsəbiləşdiyini bildirmək üçün dəstəyi çırpmaq, danışarkən qarşı tərəfə səmimi olmayan iltifatlar edib, dəstəyi asdıqdan sonra qarşı tərəf haqqında lağ hərəkətləri etmək adamlıq dininə məxsus olan davranışlardır.

Dedi-qodu

“Qələm” surəsinin 10-13-cü ayələrində adamlıq dini mənsublarının göstərdiyi bəsit davranışlar təsvir edilir. Bu mövzu ilə əlaqədar olaraq bildirilən ayələr belədir:

İtaət etmə hər and içənə, alçağa; qeybət edənə, söz gəzdirənə; xeyirə mane olana, həddi aşana, günaha batana; daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya. (Qələm surəsi, 10-13)
Ayələrin əvvəlində deyilən qeybət etmək, söz gəzdirmək adamlıq dinində çox rast gəlinən davranışdır. Bu şeytani dinin mənsubları içində insanların üzünə qarşı yaxşı davranan, sonra da arxasından qeybət edən insan modeli olduqca məşhurdur. Heç kim bir-birinin nöqsan və yanlış cəhətlərini düzəltməyə çalışmır. Onsuz da başqalarının səhvlərini düzəltməyi heç istəmirlər. İnsanın hər hansı bir səhvini ancaq lağ və ya dedi-qodu etmək üçün deyirlər.
Adamlıq dinində dedi-qodunun ictimai həyatda mühüm yeri vardır. Cəmiyyətdə bu pis xasiyyəti tənqid etməyin əvəzinə insanlar buna təşviq edilir. Halbuki, Quranda bu mövzuda verilən hökm belədir:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: boş söhbətlər
(Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral) Adnan Oktar:
Boş danışıqlar necə əziyyətdir, necə çətindir. Üstəlik, süni bir insanın boş söhbətlərini dinləmək, elə insanlara diqqət yetirin, həmişə boşboğaz olur. Ağlı başında biri sanki pərişan olur sıxıntıdan. Ən gözəl şey ordan çıxıb getməkdir. Dedi-qodu edildiyində də dedi-qodusu edilən insanı tərifləsəniz, dedi-qodu edənin zövqünü boğazına tıxayarsınız, çox yaxşı olar. Yəni üç-beş tərifli söz söyləsəniz, dedi-qodunun heç bir mənası qalmaz onun üçün.